Məhkəmə

"Toplum TV işi": ‘Məqsədiniz Ələsgər Məmmədlini öldürməkdir’

19 Yanvar, 2026
210

Foto/kollaj: Toplum TV

Yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən "Toplum TV”-nin həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli növbəti dəfə səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılması üçün vəsatət verib.

"Cinayətləri sübut olunmuş erməni məhbusların Ermənistana təhvil verilməsinə qarşı olsam da, vətəndaş kimi dövlətin humanizm adı ilə bunu etməsini sülh prosesinə töhfə baxımından müsbət qarşılayıram. Mən isə heç bir cinayət törətmədiyim və cəmiyyətin maarifləndirilməsi ilə məşğul olduğum halda burada saxlanılıram", - o, çıxışında deyib. 

Təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev da vəsatəti dəstəkləyərək Ə.Məmmədlinin səhhətinin pisləşdiyini təsdiqləyib. 

"Bir gün gecə saat 12-də bütün korpusa xəbər yayıldı ki, Ələsgər bəyin vəziyyəti pisdir və həkim çağırıldı. Gecə növbəsində çalışan həkimlər isə səriştəsizdir. Şikayətə baxmadan hamıya eyni dərmanı yazırlar, o da uzun müddətdən sonra gəlib çıxır. Səhhəti bu qədər pisləşmiş insanı həbsdə saxlamaqla sizin məqsədiniz onu öldürməkdir", - o bildirib. 

Məhkəmə müşavirədən sonra vəsatəti təmin etməyib. Hakimlər qərarı belə əsaslandırıb ki, Ə.Məmmədli azadlıqda olarsa, iş üzrə təqsirləndirilən şəxslərə təsir edə bilər. 

Daha sonra təqsirləndirilən şəxslərdən "Toplum TV" redaktoru Müşfiq Cabbar ev dustaqlığına buraxılmaq üçün vəsatət verib. 

"İki ilə yaxındır həbsdə saxlanılsam da, hansı ittihamla saxlanıldığım mənə hələ də aydın deyil. Xaricə getməyi sübut kimi təqdim edirlər. Mən isə 6 ildir ölkədən xaricdə olmamışam. Bizə mütəşəkkil dəstə deyirlər, halbuki burada əyləşən Ramil Babayev və [Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı] İlkin Əmrahovu yalnız həbsdən sonra tanımışam", - o deyib. 

Məhkəmə onun da vəsatətini təmin etməyib. 

Məhkəmədə həmçinin III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin evində aparılan axtarış zamanı çəkilmiş video nümayiş etdirilib.

Kadrlardan görünür ki, R. İzzətlinin yaşadığı mənzilə səkkiz polis əməkdaşı daxil olur, onun vəkili və ailə üzvləri isə hal şahidi qismində içəri buraxılmır. Yalnız Ruslan İzzətlinin müşayiəti ilə polis əməkdaşları tərəfindən evdən 4 800 avro “tapıldığı” iddia olunur.

Bundan sonra Ruslan İzzətli məhkəmədə çıxış edərək bildirib: “Məni digərlərindən bir gün sonra həbs ediblər və dostlarımın qaçaqmalçılıqda ittiham olunduğunu bilirdim. Məntiqli sual yaranır: bilirdim ki, mənim də ardımca gələcəklər, niyə pulları başqa yerdə gizlətmədim? Bu, göstərir ki, pulu polis özü mənim evimə yerləşdirib”.

Ardınca, təqsirləndirilən şəxslərdən "Toplum TV" əməkdaşı Fərid İsmayılov çıxış edərək cinayət işinin yeni açıldığı dövrdə APA da daxil olmaqla bir sıra hökumətyönlü media orqanlarında istintaq materiallarından götürüldüyü iddia olunan yazıların dərc edildiyini xatırladıb.

O, məhkəmədən sözügedən media orqanlarının rəhbərlərinin şahid kimi çağırılmasını, onlardan həmin materialların necə əldə olunduğunun soruşulmasını tələb edib. 

Növbəti məhkəmə prosesi fevralın 2-ə təyin olunub. 

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 

"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo