Məhkəmə

Ramil Babayev yazır: “Bakı İstintaq Təcridxanasında zorakılıq ayıdır”

24 Aprel, 2026
602

Toplum TV

Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı, "Toplum TV işi" üzrə həbsdə olan Ramil Babayev saxlanıldığı Bakı İtintaq Təcridxanasından yazır.

Aprel ayının ilk günlərində Bakı İstintaq Təcridxanasında bir məlumat yayıldı. Təcridxananın rəis müavini Əhəd Abdıyev vərəm xəstəsi olan məhkumlar üçün nəzərdə tutulmuş tibb müəssisəsinə rəis təyin olunmuşdu. Bu məlumat sanki təcridxananın zabit heyəti üçün bir impuls idi. Boşalan rəis müavinliyi yerinə rejim-nəzarət şöbəsinin rəisi Vahid Atakişiyev təyin olunacağı üçün boş qalan vəzifə uğrunda yüksək rütbəli zabitlərin rəqabəti başladı. 

Bu ana qədəri hər şey təbii görünür. Lakin məsələ burasındadır ki, bu rəqabət məhbuslara, təqsirləndirilən şəxslərə zorakılıq tətbiqi üzərində qurulub. 

Nümayişkəranəlik xarakteri alan bu “yarışda” kapitan və mayor rütbəli zabitlər, eləcə də rejim-nəzarət şöbəsinin rəis müavini Arif Heydərov ön planda olsalar da, zorakılığa daha az meyilli sayılan Vahid Atakişiyev və təcridxananın rəis müavini, “işgəncə çempionu” kimi təqdim olunan Cavid Güləliyev də ay ərzində açıq fiziki güc nümayiş etdiriblər.

Əvvəl açıq sahələrdə nadir tətbiq olunan zorakılıq bu ay ərzində hər gün hər yerdə müşahidə olunan adi hala çevrilib. Məsələnin hansı həddə çatdığını göstərən bir nümunə kimi qeyd edim ki, bir təqsirləndirilən şəxs 14 aprel tarixində axşam saatlarında leysan yağışı yağarkən təcridxanada işıqların sönməsinə etiraz etdiyi üçün zorakılığa məruz qalıb. 

Sabiq rəis müavini Əhəd Abdıyevə yaxın vaxtlarda zorakılıqla bağlı bildirdiyim irada verilən cavab da mövcud sistemin mahiyyətini açıq şəkildə ortaya qoyur. O, iradıma cavabı birbaşa mənə deyil, məni qəbuluna aparan mayor rütbəli əməkdaşa belə vermişdi: “Deməmişəm bunların (siyasi məhbusların) gördüyü yerdə adam döyməyin?”

Digər rəis müavini Cavid Güləliyev də yaxın vaxtlarda gənc yaşda mayor rütbəsi aldıqdan sonra siyasi məhbuslardan birinə demişdi: “Məndən yaza-yaza (zorakılıq tətbiq etməsi barədə məqalələri nəzərdə tutur) axırda mənə mayor rütbəsi də aldırtdınız”.

Bu nümunələr və təcridxanada davam edən zorakılıq ayı zorakılığı mükafatlandıran [Penitensiar Xidmətin rəisi] Mirsaleh Seyidov və [Bakı İstintaq Təcridxanasının rəisi] Elnur İsmayılovun kadr seçimi meyarları haqda bizə çox şey deyir. 

Zabitlərin vəzifə davasında həqiqi mənada ayaq altında qalan təqsirləndirilən şəxslər adından müraciət edirəm: Boş qalan vəzifələrə təyinatları əvvəlcədən elan edin ki, məhbuslar, təqsirləndirilən şəxslər qurbana çevrilməsin.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo