Məhkəmə

Şəhidlər Xiyabanında video çəkən ərəb turistlərin cəzası 2 ildən 6 aya endirilib

17 Fevral, 2026
66

Foto: açıq mənbə

Şəhidlər Xiyabanında qeyri-etik hərəkət etdikləri deyilən ərəb turistlərin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

APA yazır ki, fevralın 17-də Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, Səbail Rəayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxslərin cəzası 2 ildən 6 aya endirilib. Deoprtasiya qərarı qüvvədə saxlanılıb.

Dekabrın 24-də Səbail rayon Məhkəməsinin hökmünə əsasən, Əlzaman Mehdi Əli, Əlğabr Məhəmməd Hüseyn və Əlğabr Mehdi Məhəmməd hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə təqsirli biliniblər. 

Qərarə əsasən, təqsirləndirilən şəxslər cəzalarını çəkdikdən sonra ölkədən məcburi şəkildə çıxarılacaqlar.

Sözügedən şəxslər ötən ilin avqustda Şəhidlər Xiyabanında qeyri-etik olduğu deyilən hərəkətlər edərək videogörüntülər çəkib və sosial şəbəkələrdə paylaşıblar. Bundan sonra onlar həbs olunub və barələrində cinayət işi açılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Həyat yoldaşı: “Ələsgər Məmmədli təcridxanada növbəti dəfə ürək tutması keçirib”

9 Avqust 2026

sosial media

“Toplum TV”-nin həmtəsisçisi, 14 il azadlıqdan məhrum edilən Ələsgər Məmmədlinin səhhətində yenidən ciddi problemlərin yarandığı bildirilir. Bu barədə onun həyat yoldaşı Günay Məmmədli avqustun 9-da məlumat yayıb. Onun sözlərinə görə, Ələsgər Məmmədli avqustun 8-dən 9-na keçən gecə Bakı İstintaq Təcridxanasında növbəti dəfə ürək tutması keçirib və uzun müddət ağrılar içində yataqda qalıb. “Ələsgər Məmmədlinin ürək döyüntüləri dəqiqədə 120-dən yuxarı olub. O, həmçinin isti hava şəraitində qalxanabənzər vəzindəki 23×25 millimetrlik törəmənin yaratdığı boğulma halları da yaşayır”, - deyə Günay Məmmədli bildirib. Onun sözlərinə görə, həftə sonu olduğu üçün təcridxanada Məmmədliyə həkim yardımı göstərilməyib. “Yetər artıq bu işgəncə. Nəyin qisasını alırsınız?” -deyə...
Məhkəmə

Yaxınları: "Əli Kərimli məhkəməyə aparılarkən huşunu itirib"

8 Avqust 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin məhkəmə iclaslarından birinə aparılarkən huşunu itirdiyi bildirilir.  Bu barədə avqustun 7-də Belarusun "Xartiya 97" xəbər saytı siyasətçinin yaxınlarına istinadən məlumat verib. Məlumata görə, Ə.Kərimli iyun ayında Bakı Apellyasiya Məhkəməsində baş tutan prosesə aparılarkən Penitensiar Xidmətin əməkdaşlarından su istəyib. Yaxınları deyir ki, qızmar hava şəraitində su ilə təmin olunmayan siyasətçi avtomobildə huşunu itirib.  "Bu cür dəhşətli istidə mənə su da vermirlər. Məni öldürürlər", - Ə.Kərimli prosesdə bildirib.  Ə.Kərimlinin saxlanma şəraitinin pisləşməsi ilə bağlı məlumatlar vaxtaşırı hüquq müdafiəçiləri tərəfindən ictimailəşdirilir.  Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsinin avqustun 1-də yaydığı məlumata görə, partiya sədri...

Seçilmiş Videolar

Toplum TV loqo