Siyasət

Yaxınları: "Bəhruz Səmədovun görmə qabiliyyəti zəifləyib" 

10 İyul, 2026
22

Sosial media

Həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədovun səhhətində problemlər yarandığı bildirilir. 

İctimai fəal Əmrah Təhməzovun yaydığı məlumata görə, B.Səmədovun görmə qabiliyyətində zəifləmə var. Həbsdə olan fəal iyulun 9-da bu barədə vəkilinə deyib. 

"Bəhruzun gözlərində ciddi zəiflik əmələ gəlib. Onun gözləri daim uzağa baxmalıdır, amma qapalı yerdə saxlanılır deyə ancaq göyə baxa bilir. Gözləri xeyli zəifləyib. Bəhruzun azadlığını əlindən almaqları bəs deyil, həm də səhhətini məhv edirlər", - Ə.Təhməzov sosial media hesabında qeyd edib. 

B.Səmədov əvvəllər də saxlanma şəraitinin pisliyindən və tibbi xidmətlərə çıxış imkanının məhdudluğundan şikayət edib. O, yetərincə Günəş şüası qəbul etmədiyinə görə dərisində ekzema xəstəliyinin gücləndiyini bildirib. 

Ötən il dekabrın 1-də 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin qərarı ilə B.Səmədov 1 il müddətinə qapalı rejimli Umbakı Penitensiar Kompleksinə köçürülüb.

Mayın 21-də Ali Məhkəmə onun qapalı rejimli həbsxanaya köçürülməsindən verdiyi şikayəti təmin etməyib. 

Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.

O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalı dövlətə xəyanətdə ittiham olunur.

Cinayət işində iddia edilir ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. Özü isə ittihamı qəbul etmir, hakimiyyətin sifarişi ilə cəzalandırıldığını deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"

10 İyul 2026

Human Rights Watch

"Toplum TV işi" üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev saxlanıldığı Bakı İstintaq Təcridxanasında iki məhbusdan müsahibə alıb. Hər iki məhbus ayrı-ayrılıqda "Bandotdel" kimi tanınan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) tərəfindən saxlanılıblar. Onlar narkotik maddə satışında ittiham edilsələr də, şərləndiklərini və yalançı ifadəyə imza atmaq üçün işgəncəyə məruz qaldıqlarını və ya təhdid edildiklərini deyirlər. R.Babayev məhbusların təhlükəsizliyini qorumaq üçün onlara şərti olaraq "İsa" və "Şəhriyar" adları verib. "Dostumla birlikdə ara küçələrin birində gedirdik. Birdən mülki geyimli bir nəfər arxadan qolumdan tutdu, eyni anda küçənin kənarında dayanan maşından düşən başqa bir nəfər də digər...
Siyasət

Qanuna yeni dəyişiklik: "Əxlaqsız ifadələr"ə yer verən saytlara giriş bloklanacaq

10 İyul 2026

Milli Məclis

Milli Məclis “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna yeni dəyişikliyi qəbul edib.  Milli Məclisin iyulun 10-da keçirilən iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, internet informasiya ehtiyatlarına giriş müəyyən hallarda müvəqqəti olaraq məhdudlaşdırıla bilər.  Buraya narkotik, qumar və intiharın təbliği, pornoqrafik məzmun, əxlaqsız ifadələr, təhqir və şəxsi həyatın toxunulmazlığını pozan informasiyaların yerləşdirilməsi halları daxildir. Qanun layihəsinə əsasən, bu cür informasiyaların yerləşdirilməsi hallarında internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə giriş icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq.  Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Seçilmiş Videolar

Toplum TV loqo