Ölkə

Şəhidlər Xiyabanında video çəkən ərəblər 3 aylıq həbs olunub

19 Avqust, 2025
469

Foto: açıq mənbə

Şəhidlər Xiyabanında təhqiredici videolar çəkdiyi deyilən üç ərəb turist həbs olunub.

Yerli medianın yazdığına görə, avqustun 18-də Səbail Rayon Məhkəməsində onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 

Sosial şəbəkələrdə yayılan videolarda sözügedən turistlərin Şəhidlər Xiyabanında məzarlara baxaraq güldüyü və müxtəlif hərəkətlər etdiyi müşahidə olunur. 

Videolar paylaşıldıqdan sonra sosial şəbəkələrin Azərbaycan seqmentində tənqidlərə səbəb olub.

Turistlərin Cinayət Məcəlləsinin qəbirlər üzərində təhqiredici hərəkət etmə maddəsi ilə ittiham olunduğu bildirilir. 

Saxlanılan şəxslərin bu ittihama münasibəti bəlli deyil.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

DİN: “Vahid geyim qaydalarına etirazla bağlı 37 nəfər saxlanılıb”

12 Oktyabr 2026

sosial media

Daxili İşlər Nazirliyi (DİN) dövlət məktəblərində vahid geyim qaydalarının tətbiqi ilə bağlı yaranan insidentlər üzrə 37 nəfərin saxlanıldığını açıqlayıb. Nazirlik iddia edir ki, Bakı şəhərində bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə bağlı “təhsil işçiləri ilə münaqişə yaradıb, təhsil müəssisələrinə zərər vurub və məktəblərin normal fəaliyyətinə mane olmağa cəhd edib”. DİN bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin 233-cü - ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə - maddəsi ilə cinayət işi başlanılıb. “İctimai asayişin qorunması məqsədilə tədbirlərin davam etdiriləcək”, - DİN bildirib. Son həftələr ölkənin bir sıra məktəblərində hicablı şagirdlərin...
Ölkə

Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir 

8 Oktyabr 2026

sosial media

Azərbaycanda bir sıra məktəblərə hicablı müəllimlərin dərsə buraxılmayacağı ilə bağlı tapşırıq verildiyi bildirilir.  Bu barədə "Toplum TV"yə məlumat verən, adının açıqlanmasını istəməyən müəllimlərin dediyinə görə, Sumqayıtda yerləşən bir neçə məktəbə bununla bağlı Elm və Təhsil Nazirliyi tərəfindən tapşırıq verilib. Tapşırığa əsasən, hicablı müəllimlərin ya hicablarını açmaları, ya da ərizə yazaraq işdən çıxmalarının tələb olunduğu iddia olunur.  Jurnalist Arzu Abdullanın sosial media hesabında yaydığı məlumata görə isə, Bakının Ramana qəsəbəsində yerləşən 90 saylı orta məktəbdə də hicablı müəllimlərə qadağa qoyulub.  Elm və Təhsil Nazirliyi məsələ ilə bağlı açıqlama yaymayıb. Nazirlikdən "Toplum TV"nin mövzu ilə bağlı daha öncəki sorğusuna da cavab verilməyib. ...

Seçilmiş Videolar

Toplum TV loqo