Siyasət

Zelenski: Rusiya SOCAR-ın bazasını qəsdən vurub 

19 Avqust, 2025
28

Foto: Reuters

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun SOCAR-a məxsus neft bazasına hücumuna münasibət bildirib. 

O, “X” səhifəsində hücumun qəsdən edildiyini yazıb. 

“Rusiyanın qəsdən Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə zərbəsi təkcə bizə deyil, həm də münasibətlərimizə və enerji təhlükəsizliyimizə hücum deməkdir”, - Zelenski qeyd edib. 

Dövlət başçısı hücumun avqustun 18-də Vaşinqtonda Ukrayna müharibəsinin həlli üçün baş tutan sammit ərəfəsində baş verməsinə diqqət çəkib. 

“Putin Ukraynaya və Avropaya təzyiqi saxlamaq, həmçinin diplomatik səyləri alçaltmaq üçün nümayişkaranə qətllər törədəcək. Elə buna görə biz qətllərə son qoymaq üçün yardım axtarırıq. Elə buna görə etibarlı təhlükəsizlik zəmanətləri tələb olunur. Elə buna görə də Rusiya bu müharibədə iştirakına görə mükafatlandırılmamalıdır. Müharibə dayandırılmalıdır. Və “Dayan” sözünü eşitməli olan Moskva olmalıdır”, - o əlavə edib. 

Avqustun 18-nə keçən gecə Ukraynanın Odessa vilayətində Azərbaycan dövlət neft şirkəti SOCAR-a məxsus neft bazası Rusiya ordusunun silsilə hücumuna məruz qalıb.

APA-nın məlumatına görə, “Shahed” dronları ilə edilən bir neçə zərbədən sonra bazada yanğın baş verib.

Bu son günlərdə Rusiyanın SOCAR bazasına ikinci hücumudur. Avqustun 8-də də eyni bazaya oxşar hücum həyata keçirilmişdi. 

Əvvəlki hücumdan sonra Azərbaycanın hökumətyönlü mediası yazmışdı ki, bu hal davam edərsə, Azərbaycan Ukraynaya silah tədarükünə qoyduğu embarqonu ləğv edə bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Pasportları zibilliyə atılan 47 israilli Bosniyada ilişib qalıb

19 Avqust 2025

Foto: açıq mənbə

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bir hoteldə qalan 47 israilli turist pasportlarının zibil qutusuna atılması nəticəsində çıxılmaz vəziyyətdə qaldıqlarını iddia edir. İsrail mətbuatına danışan turistlər deyib ki, avqustun 16-da ölkələrinə qayıtmalı olsalar da, pasportları olmadığına görə təyyarəyə minə bilməyiblər.  “Təhlükəsizlik kameralarını yoxladıqdan sonra pasportların qeydiyyat bölməsində zibil qutusuna atıldığını aşkar etdik. Oradan onlar zibil maşınlarına, sonra isə poliqona aparılıb. Biz daha 48 saat, bəlkə də daha uzun müddət hoteldə qalmağa məcbur olmuşuq. Qorxuruq ki, burada bir həftədən çox ilişib qala bilərik”, - turistlərdən biri deyib.  Hüquq-mühafizə orqanları hadisəni təsadüf kimi qiymətləndirsə də, bəzi səyahətçilər bunun sadə bir səhv olmadığı barədə...
Siyasət

Tramp: Zelenski ilə Putin arasında görüşə hazırlıq başlanıb

19 Avqust 2025

Foto: Getty Images

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında üzbəüz görüş keçirməyi planlaşdırdığını elan edib. Tramp təklifi avqustun 18-də Ağ Evdə Zelenski, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniya baş naziri Kir Starmer də daxil olmaqla Avropanın aparıcı liderlərini yüksək səviyyəli danışıqlar üçün qəbul edərkən səsləndirib.  Görüşdən sonra telefonla Putinlə danışan Tramp sammit üçün “hazırlıqlara başladığını” bildirib və qeyd edib ki, ikitərəfli görüşdən sonra rusiyalı və ukraynalı həmkarları ilə üçtərəfli görüş keçirəcək. “Bir daha deyirəm, bu, artıq dörd ilə yaxın davam edən müharibəni sonlandırmaq üçün çox yaxşı, erkən bir addımdır”,...

Seçilmiş Videolar

Toplum TV loqo