Multimedia

MTN işi: Zərərçəkən iş adamları Baş prokurorluq qarşısında etiraz ediblər 

19 İyul, 2022
1971

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi işində zərərçəkən kimi tanınan şəxslər bugün Baş prokurorluq qarşısında etiraz edib. 

Şikayətçilər hazırda davam edən məhkəmə işinin düzgün aparılmamasından narazıdırlar.  

MTN-nin istintaq baş idarəsi rəisi kimi çalışan Mövlam Şıxəliyev və digər sabiq şöbə rəislərinin 2008-2014-cü illər ərzində iş adamlarından külli miqdarda pul və əmlaklarını hədə-qorxu ilə tələb etmə, rüşvət alma kimi cinayətlərlə bağlı ötən il cinayət işi açılıb. 
 
Zərərçəkmişlərdən biri Hüseyn Səfərov bildirib ki, ondan 2 milyon dollar pul alınıb: 

“Mən iş adamıyam. Deyirdilər, banka niyə pul qoymusan? O vaxtlar "Texnika bank" var idi. Oraya əmanət kimi pul qoyurdum. "Texnika bank" adı altında yüzlərlə adamları müflisləşdirdilər. Əllərimizdən pulları alıb, saxta ittihamlar qurdular və həbs etdirdilər. Necə saxta ittihamlarla bizi həbs etdilərsə, bizdən pul alıb eyni ssenari ilə 6 aydan sonra azad etdilər”, - deyə zərərçəkmiş bildirib. 

https://toplum.tv/manset/kecmis-mtn-polkovniki-hokmu-esidende-hali-pislesdi
 
Dİgər zərərçəkən şəxs 73 yaşlı Əfsəl Həsənəliyevdir. Şikayətçi deyir ki, ondan 50 000 dollar pul alınıb. Söylədiyinə görə, üç otaqlı evini banka qoyub, kreditlə pulu götürüb keçmiş MTN-nin istintaq idarəsinin rəisi Mövlam Şıxəliyevə verib.  
 
MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı cinayət işi başlanılıb.  Daha sonra keçmiş qurumun istintaq rəisi Mövlam Şıxəliyev, qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla bağlı ayrıca icraata başlanılıb. 
 
Aparılan istintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət kimi, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.  

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
 
Qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov həmin məcəllənin sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Barələrində müvafiq qətimkan tədbirləri seçilib. 

Cinayət işi üzrə ittiham aktı təsdiq edilib və baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib. 

Ümumilikdə 36 zərərçəkmiş var. Onlardan 4-ü vəfat etdiyinə görə, hüquqi varisləri zərərçəkmiş şəxs qismində çıxış edirlər.  

Növbəti məhkəmə işi iyulun 26-sı keçiriləcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək

6 Avqust 2026

Toplum TV

Avqustun 15-dən Bakı Metropolitenində qatarların “28 May-Nizami” xətti üzrə fəaliyyəti dayanacaq. Rəsmi məlumata görə, buna səbəb metronun qırmızı və yaşıl xətlərinin ayrılması üçün tikintinin başlamasıdır. Tikintinin 11 ay davam edəcəyi gözlənilir.  Bu səbəblə "28 May" və "Nizami" də daxil olmaqla müxtəlif stansiyalar arasında 6 xətt üzrə ekspres avtobuslar fəaliyyətə başlayacaq. Lakin bu avtobuslarda gedişin pullu olacağı xəbəri ictimaiyyət tərəfindən tənqid olunub. Belə ki, bir xətt üzrə gediş haqqı 60 qəpik təşkil edəcək. Bu isə şəhərin bir tərəfindən digərinə getmək istəyənlərin 3 dəfə xərcə düşəcəyi deməkdir.
Multimedia

 

Kartdan-karta köçürmələrə limit: Xeyriyyə ianələri risk altındadır?

6 Avqust 2026

Toplum TV

Azərbaycanda xeyriyyə sahəsinə dövlət nəzarəti vaxtaşırı ictimai müzakirələrin predmetinə çevrilir. Bu yaxınlarda kartdan karta köçürmələrə limit tətbiq olunması da məsələni yenidən aktuallaşdırıb.

Seçilmiş Videolar

Toplum TV loqo