Sosial

MTN işi: Zərərçəkmiş məhkəmə zalında özünü yandırmağa cəhd edib 

21 İyun, 2022
1734

Açıq mənbələrdən götürülüb

Əfsər Həsənəliyev

Bu gün, iyunun 21-də Bakı Hərbi Məhkəməsində keçirilən səs-küylü “MTN işi”ndə zərərçəkmişlərdən biri – 74 yaşlı Əfsəl Həsənəliyev özünü yandırmağa cəhd edib. O, 11:30 radələrində məhkəmə zalında özüylə götürdüyü benzini üstünə tökmək istəyərkən nəzarətçilər müdaxilə edib və onu zaldan kənarlaşdırıblar. 

Məhkəmə iclası başlayan kimi Əfsəl Həsənəliyev hakim Elbəy Allahverdiyevə etiraz edib. O, etirazını hakimin məhkəmə iclaslarını ictimaiyyətin və jurnalistlərin izləməsinə əngəllər yaratması, ötən 9 ay ərzində qaldırdığı vəsatətlərin heç birinin təmin olunmamasıyla əsaslandırıb. Əfsəl Həsənəliyevin tələbləri bununla bitmir. O, Toplum TV-yə bunları deyib: 

“Mənim etirazım həm də keçmiş baş prokuror Zakir Qaralovun, onun keçmiş birinci müavini Rüstəm Usubovun, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun, müstəntiqlərin – ümumilikdə 12 nəfərin məhkəmədə dindirilməməsi ilə bağlıdır. Məni onların göstərişiylə girov saxlayıblar, onların göstərişiylə də azad ediblər. Bu adamların məsuliyyətdən kənarda qalmasıyla barışa bilmirəm. Mənim 74 yaşım var, ömrüm gedib, itirəcək heç nəyim qalmayıb, ancaq mənə bunu yaşadanlar azadlıqda qala bilməz”.  

https://toplum.tv/siyaset/memurlar-niye-az-ceza-cekir

Əfsəl Həsənəliyev deyib ki, tələbləri yerinə yetirilməsə məhkəmə binası önündə özünə qəsd edəcək. 

İttihama görə, həbsdə olan MTN işçiləri Əfsəl Həsənəlyevi həbs etdikdən sonra 50 min dollar alaraq buraxıblar. O, bir neçə ay əvvəl məhkəmədə zərərçəkmiş kimi dindirilərkən başına gətirilənləri qorxulu yuxu kimi xatırladığını demişdi. 

Məhkəmə iclası hazırda davam edir.

Leyli Cəfərova


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?

6 Avqust 2026

president.az

Milli Məclis Azərbaycanda kənd təsərrüfatı torpaqlarının konsolidasiyası (birləşdirilməsi) üçün qanunlara dəyişikliklər etməyə hazırlaşır.  Bu barədə qanun layihəsi iyulun 10-da parlamentin iclasına çıxarılıb. Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. Layihənin müzakirəsində çıxış edən deputatlar dəyişiklikləri “torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi” məqsədi ilə əsaslandırıblar.  Məsələn, deputat Siyavuş Novruzov çıxışında bildirib ki, torpaqların birləşdirilməsi ilə “ərzaq bolluğu və ərzaq təhlükəsizliyinə nail olacağıq”. O, qanun layihəsinin zərurətini kiçik torpaq sahələrinin əkilib-becərilməsinin çətin olması ilə əsaslandırıb. Deputat bu mövzuda inkişaf etmiş ölkələrin təcrübəsini öyrənməyi təklif edib.  Avqustun 3-də “Azərtac”a danışan Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib...
Sosial

“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib

4 Avqust 2026

Sosial media

Oğuz rayonunun Dəymədərə kənd sakini olan 20 yaşlı gənc narkotik ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmədə ittihamı qəbul etməyərək saxlanılmasının ötən ilin mayında Gəncədə vəfat edən 18 yaşlı Elgün İbrahimovla bağlı paylaşdığı videoya görə baş verdiyini bildirib. "Abzas Media" yazır ki, hökm iyunun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə çıxarılıb. İttihama görə, gənc satış məqsədi olmadan 5,586 qram metamfetamin əldə edib, saxlayıb və daşıyıb. İstintaq materiallarında qeyd olunur ki, o, 2025-ci ildə Bakının Nizami rayonunda "özünü şübhəli apardığına" görə polis əməkdaşları tərəfindən saxlanılıb. İttiham aktına əsasən, 24-cü Polis Şöbəsində aparılan şəxsi axtarış...

Seçilmiş Videolar

Toplum TV loqo