Məhkəmə

Məhkəmə zalında dava düşdü: “MTN işi” təxirə salındı  

8 Sentyabr, 2022
2003

Açıq mənbələrdən götürülüb

“Bunun ədasına bax. Utan eee. Abrın-həyan olsun, kişiyəm deyirdin? Sənsən kişi? Kişi kimi söz verirəm deyənə bax. Sənin mənliyin, kişiliyin yoxdur. Sən kişilikdən daha danışma...” 

Bu sözləri keçmiş MTN-nin İstintaq İdarəsinin həbsdə olan keçmiş müstəntiqi  Mövlam Şıxəliyev məhkəmə zalına gətirilərkən zərərçəkmişlərdən biri Hüseyn Səfərov deyib. Elə bununla da məhkəmə zalında təqsirləndirilən şəxslə zərərçəkmişlər arasında söz davası başlayıb.

Nəzarətçilər tərəfindən şüşə qəfəsə salınan Mövlam Şıxəliyev Hüseyn Səfərovun cavabını verməmiş, digər zərərçəkmiş Bahəddin Sultanovun səsi məhkəmə salonunu götürüb.

O, üzünü Mövlam Şıxəliyevə tutaraq “Hansı gününə özünü belə ədalı aparırsan? Evimizi yıxmısan, oğlumu ləkələmisən, məni çətin duruma salmısan. Ay şərəfsiz, sənə nə etmişdik ki, başımıza bu oyunları açdın? Bizə vurduğun zərərləri ödəməsən, səndən əl çəkən deyilik”, - deyib.  

https://toplum.tv/mehkeme/mtn-isinde-zerercekmis-kimdir-bu-xac-ata-lari

Məhkəmə nəzarətçiləri də tərəfləri sakitləşdirməkdə aciz qalıb. Əlacı Mövlam Şıxəliyevi məhkəmə salonundan uzaqlaşdırmaqda görüblər. Hakimsə tərəflərə xəbərdarlıq etdikdən sonra məhkəmə iclasını sentyabrın 13-dək təxirə saldı.  

Məhkəmə iclası təxirə düşməsəydi, zərərçəkmişlərin məhkəmə çıxışlarıyla davam edəcəkdi.  

Bundan əvvəl – sentyabrın 6-da zərərçəkmiş Bahəddin Sultanov məhkəmə çıxışı edərək Vüsal Ələkbərovun (keçmiş MTN-çi, hazırda təqsirləndirilən şəxslərdən biri)  onun oğlunu qanunsuz həbs etməsindən, azad olunması üçün Vüsal Ələkbərovun ondan 1 milyon dollar tələb etməsindən, Mövlam Şıxəliyevə sonuncunun iş otağında 350 min dollar verməsindən danışmışdı. Həmin pulun hazırda təqsirləndirilən şəxslər tərəfindən ona qaytarılmasını tələb etmişdi.  

Digər bir neçə zərərçəkmiş də eyni tələblərdə çıxış etmişdi.  
 
Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Keçmiş MTN vəzifəliləri ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdə ittiham olunur.

Onlara qarşı Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham irəli sürülüb. Bu iş üzrə 36 zərərçəkmiş var.  

https://toplum.tv/mehkeme/nermin-isi-ilkin-suleymanov-hebsde-olanda-telefonuna-sekilleri-kim-yukleyib

Təqsirləndirilən Vüsal Ələkbərov bundan əvvəl 2015-ci ildə hədə-qorxu ilə tələb etmə, rüşvət alma və başqa əməllərdə təqsirli bilinərək, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi.

Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 5 ilə endirdi. 

Təqsirləndirilən Yasin Məmmədov MSK-nın keçmiş sədr müavini Natiq Məmmədovun qardaşıdır.  

Sabiq MTN-çilər iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb etməkdə təqsirləndirilir. Lakin onların heç biri ittihamları qəbul etmir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Həyat yoldaşı: “Ələsgər Məmmədli təcridxanada növbəti dəfə ürək tutması keçirib”

9 Avqust 2026

sosial media

“Toplum TV”-nin həmtəsisçisi, 14 il azadlıqdan məhrum edilən Ələsgər Məmmədlinin səhhətində yenidən ciddi problemlərin yarandığı bildirilir. Bu barədə onun həyat yoldaşı Günay Məmmədli avqustun 9-da məlumat yayıb. Onun sözlərinə görə, Ələsgər Məmmədli avqustun 8-dən 9-na keçən gecə Bakı İstintaq Təcridxanasında növbəti dəfə ürək tutması keçirib və uzun müddət ağrılar içində yataqda qalıb. “Ələsgər Məmmədlinin ürək döyüntüləri dəqiqədə 120-dən yuxarı olub. O, həmçinin isti hava şəraitində qalxanabənzər vəzindəki 23×25 millimetrlik törəmənin yaratdığı boğulma halları da yaşayır”, - deyə Günay Məmmədli bildirib. Onun sözlərinə görə, həftə sonu olduğu üçün təcridxanada Məmmədliyə həkim yardımı göstərilməyib. “Yetər artıq bu işgəncə. Nəyin qisasını alırsınız?” -deyə...
Məhkəmə

Yaxınları: "Əli Kərimli məhkəməyə aparılarkən huşunu itirib"

8 Avqust 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin məhkəmə iclaslarından birinə aparılarkən huşunu itirdiyi bildirilir.  Bu barədə avqustun 7-də Belarusun "Xartiya 97" xəbər saytı siyasətçinin yaxınlarına istinadən məlumat verib. Məlumata görə, Ə.Kərimli iyun ayında Bakı Apellyasiya Məhkəməsində baş tutan prosesə aparılarkən Penitensiar Xidmətin əməkdaşlarından su istəyib. Yaxınları deyir ki, qızmar hava şəraitində su ilə təmin olunmayan siyasətçi avtomobildə huşunu itirib.  "Bu cür dəhşətli istidə mənə su da vermirlər. Məni öldürürlər", - Ə.Kərimli prosesdə bildirib.  Ə.Kərimlinin saxlanma şəraitinin pisləşməsi ilə bağlı məlumatlar vaxtaşırı hüquq müdafiəçiləri tərəfindən ictimailəşdirilir.  Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsinin avqustun 1-də yaydığı məlumata görə, partiya sədri...

Seçilmiş Videolar

Toplum TV loqo