sosial media
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycanın Zəfər Günü ilə əlaqədar Bakıya səfər etməyi planlaşdırır.
Ərdoğan bunu noyabrın 5-də Cənubi Koreya səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.
“8 Noyabr Azərbaycanın Zəfər Günüdür. Fövqəladə bir vəziyyət yaranmasa, həmin gün Azərbaycana səfər etməyi düşünürəm. Ümid edirəm ki, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq”, - Ərdoğan deyib.
O, Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı apardığını, həmçinin Türkiyənin kəşfiyyat rəhbərini və xarici işlər nazirini Azərbaycana göndərdiyini bildirib:
“Azərbaycanla münasibətlərimiz adi diplomatik təmaslardan qat-qat artıqdır. Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”.
Ərdoğanın açıqlaması Bakı ilə Ankara arasında gərginliyin yarandığı dövrə təsadüf edir.
Gərginliyin səbəblərindən biri Azərbaycanda məktəblərdə hicabla bağlı tətbiq edilən geyim qaydalarına Türkiyədə hakimiyyətə yaxın şəxslərin etirazı olub. Türkiyə prezidentinin baş müşaviri Oktay Saral Azərbaycandakı qərarı tənqid edib. Bir neçə gün sonra Saral vəzifəsindən azad edilib.
Həmçinin Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə vətəndaşlarının ölkənin daxili işlərinə müdaxilə etməməli olduğunu bəyan edib və 31 Türkiyə vətəndaşı arzuolunmaz şəxs elan edilib.
Oktyabrın 29-30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşündə İlham Əliyev iştirak etməyib. Ərdoğan onu şəxsən dəvət etsə də, Azərbaycanı tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edib.
Azərbaycan tərəfi Əliyevin zirvə görüşünə qatılmamasını əvvəlcədən planlaşdırılmış tədbirlər və iş qrafiki ilə əlaqələndirib. Prezident həmin gün Bakıda FIFA U-15 Dünya Kubokunun bağlanış mərasimində iştirak edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Sabunçu sakininin hicabla bağlı aksiyaya dəstək paylaşımından sonra 15 sutka həbs edildiyi bildirilir
sosial media
Ermənistan İstintaq Komitəsinin sədri: “Nəsimi Musayevin kimisə öldürmək niyyəti olmayıb”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb