Sabunçu sakininin hicabla bağlı aksiyaya dəstək paylaşımından sonra 15 sutka həbs edildiyi bildirilir
sosial media
Sabunçu rayonunun sakini Şahin Abdulovun hicabla bağlı məhdudiyyətlərə qarşı keçirilməsi nəzərdə tutulan aksiyaya dəstək paylaşımından sonra inzibati qaydada həbs edildiyi bildirilir.
Bu barədə onun yaxınları “Meydan TV”yə məlumat veriblər.
Yaxınlarının sözlərinə görə, noyabrın 3-də Sabunçu Rayon Məhkəməsi Şahin Abdulov barəsində 15 sutkalıq inzibati həbs qərarı çıxarıb. Ailəsinin sözlərinə görə, onun hansı inzibati xəta üzrə məsuliyyətə cəlb edildiyi onlara açıqlanmayıb.
“Facebook” sosial şəbəkəsində noyabrın 6-da hicabla bağlı məhdudiyyətlərə etiraz aksiyasının keçiriləcəyi barədə məlumat yayılıb. Şahin Abdulov da həmin aksiyada iştirak edəcəyini bildirən paylaşım edib. Onun həbsinin də bu paylaşımın ardından baş verdiyi qeyd olunur.
Hicabla bağlı narazılıqlar Nazirlər Kabinetinin sentyabrın 21-də məktəbli geyim qaydalarına etdiyi dəyişikliklərdən sonra gündəmə gəlib. Yeni tələblərə əsasən, məktəbli formasının vahidliyini pozan və dünyəvilik prinsipinə uyğun hesab edilməyən geyim elementlərindən istifadəyə icazə verilmir.
Oktyabrın 6-da müəllimlərin geyim qaydaları ilə bağlı da oxşar tələblər təsdiqlənib. Qərarlarda hicabın adı konkret göstərilməsə də, bu dəyişikliklər hicablı şagird və müəllimlərin məktəblərə buraxılmaması ilə bağlı etirazlara yol açıb.
Oktyabrın 9-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi təhsil müəssisələrində geyim qaydalarına nəzarətin gücləndiriləcəyini açıqlayıb. Lakin idarə hicablı şagirdlərin dərslərə buraxılmaması ilə bağlı şikayətlərə münasibət bildirməyib.
Daxili İşlər Nazirliyi hicabla bağlı məhdudiyyətlərə qarşı keçirilən etirazlarla əlaqədar 37 nəfərin saxlanılaraq həbs edildiyini açıqlayıb. Nazirlik həmin şəxslərin ictimai qaydanı pozmağa və təhsil müəssisələrinin fəaliyyətinə mane olmağa cəhd göstərdiklərini iddia edib.
İnanclı fəallar və hüquq müdafiəçiləri isə 200-ə yaxın şəxsin saxlanıldığını deyirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ermənistan İstintaq Komitəsinin sədri: “Nəsimi Musayevin kimisə öldürmək niyyəti olmayıb”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb