Siyasət

Ermənistan İstintaq Komitəsinin sədri: “Nəsimi Musayevin kimisə öldürmək niyyəti olmayıb”

5 noyabr, 2026
11

sosial media

Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan bildirib ki, oktyabrın 1-də Ermənistan ərazisinə keçərək evində bir qadını yaraladığı deyilən Azərbaycan hərbçisinin kimisə öldürmək niyyəti olmayıb.
O, hadisə ilə bağlı aparılan istintaqı şərh edərkən bu qənaətin işin faktiki halları əsasında formalaşdığını deyib.
Ermənistan İstintaq Komitəsi oktyabrın 1-də Azərbaycan hərbçisi Nəsimi Musayevi ağır bədən xəsarəti yetirmə, qanunsuz silah daşıma, şəxsi yaşayış evinə icazəsiz daxil olma, sərhədi qanunsuz keçmə və silah qaçaqmalçılığı ittihamları ilə saxlayıb.
Erməni tərəfinin iddiasına görə, Musayev həmin gün Ermənistanın Sünik vilayətinin Şaki kəndində sərhədi qanunsuz keçib, yerli sakin Ani Avetisyanı evində yaralayıb. Onun iki uşağına da xəsarət yetirildiyi bildirilir.

Noyabrın 4-də parlamentdə keçirilən brifinqdə Poqosyan Musayevin ifadəsi ilə bağlı təfərrüatları açıqlamaqdan imtina edib. O, bunu ibtidai istintaqın məxfiliyinin qorunması zərurəti ilə əsaslandırıb və araşdırmanın tezliklə yekunlaşacağını bildirib.
“Deyə biləcəyim yeganə şey odur ki, onun öldürmək niyyəti olmayıb”, - Poqosyan deyib.
O, əlavə məlumatın noyabrın 5-də parlamentdə keçiriləcək qapalı iclasda açıqlanacağını bildirib.

Oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan da hadisəni “adi cinayət hadisəsi” adlandırmışdı. Paşinyan bildirmişdi ki, Avetisyan Musayevin onun uşaqları ilə birlikdə olduğu evə daxil olmaq əvəzinə polis gələnədək gözləməli idi. Bu açıqlama Ermənistanda narazılıqla qarşılanmış, Avetisyanın yaxınları isə hadisənin belə qiymətləndirilməsini tənqid etmişdilər.

Nəsimi Musayev də dindirilmə zamanı heç kimə zərər vermək niyyətində olmadığını bildirib.
Bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.
“Musayev ifadəsində bildirib ki, erməni ailəsinin evinə daxil olarkən heç kimə zərər vermək niyyətində olmayıb. Onun sözlərinə görə, ev sahibəsindən bir neçə dəfə onu buraxmasını xahiş edib, lakin qadın silahından yapışıb və o, atəş açmaq məcburiyyətində qalıb. Bundan başqa, Musayev yazılı ifadəsində hadisədən sonra qadının və ailə üzvlərinin ona hücum etdiklərini, bıçaqla xəsarət yetirdiklərini və döydüklərini bildirib”, - qəzet yazıb.

Ermənistan Baş Prokurorluğu isə yaydığı açıqlamada Musayevin qanunsuz olaraq ölkə ərazisinə keçdiyini və Sünik vilayətinin Şaki kəndində yerli sakinə atəş açdığını bildirib.
Azərbaycan Baş Prokurorluğu da Laçın istiqamətində xidmət keçən N. Musayevin sentyabrın 26-dan itkin düşdüyünü təsdiqləyib. Qurumun məlumatında onun xidmət etdiyi hərbi hissəni “özbaşına tərk etməsinə dair əsaslı şübhələrin müəyyən edildiyi” qeyd olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Həyat yoldaşı: “Yaşar Ağazadənin aclıq aksiyası qeydə alınmayıb”

5 noyabr 2026

şəxsi arxivi

Həbsdə olan hüquq müdafiəçisi Yaşar Ağazadənin saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsində dövlət qurumları ilə yazışmaq, qəzet və hüquqi sənədlərlə tanış olmaq hüquqlarının məhdudlaşdırıldığı bildirilir. Ağazadənin həyat yoldaşı Aygün İsmayıllının noyabrın 4-də media nümayəndələrinə ünvanladığı iki ayrı müraciətdə deyilir ki, hüquq müdafiəçisinin keçirdiyi aclıq aksiyası qeydə alınmayıb, onun müəssisə əməkdaşları ilə bağlı Baş Prokurorluğa ünvanladığı şikayət isə Bakı İstintaq Təcridxanası tərəfindən göndərilməyib. İsmayıllının sözlərinə görə, Yaşar Ağazadə iyulun 2-dən 24-dək 6 saylı Cəzaçəkmə Müəssisəsində ona qarşı rəftara etiraz olaraq aclıq aksiyası keçirib. “Həyat yoldaşım işgəncəyə, fiziki zorakılığa və ləyaqəti alçaldan digər pis rəftara məruz qalmasına, saxlanma şəraitinə, həmçinin qanunsuz olaraq cərimə...
Siyasət

Şəmşad Ağa yazır: Müsəddiqdən əvvəlki və sonrakı İran

5 noyabr 2026

Foto: Chatgpt

“Meydan TV işi” üzrə həbsdə olan, “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa Bakı İstintaq Təcridxanasından göndərdiyi yazıda tarixçi Cəmil Həsənlinin “İran neftin kölgəsində” kitabı barədə fikirlərini bölüşüb. Jurnalist İranın siyasi tarixi və təbii sərvətlərin cəmiyyətlərin taleyinə təsiri barədə yazıb. “Meydan TV”nin dərc etdiyi yazını olduğu kimi təqdim edirik. “İllər öncə hansısa qəzetdə qarşıma lətifəvari bir məlumat çıxmışdı: “İranın baş naziri Məhəmməd Müsəddiqdən soruşurlar: - Ölkədə bu qədər adam edam olunur. Əgər sonradan məlum olsa ki, bu adamlar günahsız yerə edam olunublar, onda necə olacaq? Baş nazir cavab verir: – Əgər bu dünyada günahsız yerə edam edilmişsə, o dünyada cənnətə gedəcəklər”....

Seçilmiş Videolar

Toplum TV loqo