açıq mənbədən götürülüb
Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov "Report"a müsahibəsində deyib ki, dövlət tərəfindən incəsənət xadimlərinə verilən fəxri adların ləğv olunması müzakirə mövzusudur.
Gürcüstanı misal çəkən nazirlik rəsmisi bildirib ki, bu ölkədə 1990-cı illərin əvvəlindən fəxri adlar mövcud deyil və gənc sənətçilər "fəxri adların, ümumiyyətlə, nə olduğunu" bilmir.
"Aktyor daha çox yaradıcılığını düşünməlidir. Fəxri ad, mükafat, medal üçün çalışmamalıdır. Bildiyiniz kimi, fəxri adlar daha çox postsovet məkanında mövcuddur. Bu gün, XXI əsrdə bu adların verilməsi nə dərəcədə aktualdır, yaxud tam aradan qaldırılacaqsa, hansı formada aradan qaldırılacaq? İndiyə qədər fəxri ad alanlar üçün o adlar qüvvədə qalacaqmı? Bu kimi açıq suallar var və müzakirə mövzusudur", - Əmirbəyov qeyd edib.
Azərbaycanda fəxri adlar prezident tərəfindən müxtəlif sahələrdə fərqlənən şəxslərə verilir.
Bu adlar, mədəniyyət, elm, təhsil və digər sahələrdə yüksək nailiyyətləri olan şəxslərə dövlət tərəfindən tanınma məqsədi daşıyır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
sosial media