Ölkə

Alatavada evləri sökən tikinti şirkətinin rəhbəri həbsdən buraxılıb

14 May, 2025
81

sosial media

Bakının Yasamal rayonunun Alatava qəsəbəsində içində sakinlər olan evi sökməkdə günahlandırılan “Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov həbsxanadan buraxılıb. 

Bu barədə “Report.az” saytı xəbər verib.

Sayt bildirir ki, Məmmədov ötən həftə Xətai rayon Məhkəməsində Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə ev dustaqlığına buraxılıb. 

Məmmədov martın 28-i Alatavada qanunsuz olduğu bildirilən söküntü işi ilə əlaqədər cinayət işi çərçivəsində saxlanılmış, bir gün sonra isə barəsində həbs qətimkan tədbiri seçilmişdi. 

Martın 27-də şirkətə məxsus evakuator içində sakinlər olan evlərin bir hissəsini icazəsiz sökmüşdü.

Söküntünün videoları sosial mediada ictimailəşəndən sonra hadisə ilə əlaqədar cinayət işi açılmış və söküntünü aparan iş icraçısı və ekskavator sürücüsü saxlanılmışdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Söyüdlü hadisələrindən 2 il keçir

20 İyun 2025

Foto: VOA

Bu gün Söyüdlü hadisələrinin başlamasından 2 il ötür. 2023-cü il iyunun 20-dən Gədəbəyin Söyüdlü kəndi ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başladı. Sakinlər Söyüdlüdəki qızıl zavodun quyularında sianidin olduğunu və bu zəhərli maddənin süni yaradılan gölə axıdıldığını, bunun isə əhali üçün təhlükəli olduğunu deyirdilər.  İyunun 22-dən isə Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırıldı. Aksiyada iştirak edənlərə qarşı zorakılıq tətbiq edildi, 10-dan artıq kənd sakini və hadisənin təşkilində şübhəli bilinən şəxs saxlanıldı. Daxili İşlər Nazirliyi (DİN) səbəb kimi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsini göstərirdi. Hadisədən sonra 3 nəfərə narkotik ittihamı ilə cinayət işi açıldı. Aksiyada...
Ölkə

Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycandan gedir

18 İyun 2025

Foto: ICRC

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırmağa hazırlaşır.  Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iyunun 17-də yaydığı məlumatında bildirilib. “Nümayəndəliyin ölkəmizdə fəaliyyətini yaxın vaxtlarda dayandırması ilə bağlı itkin düşmüş vətəndaşların ailələrinin diqqətinə çatdırırıq ki, itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən edilməsi üçün Dövlət Komissiyası və aidiyyatı dövlət qurumları tərəfindən təxirəsalınmaz zəruri tədbirlər görülür, o cümlədən işğaldan azad edilmiş ərazilərdə axtarış, qazıntı və ekshumasiya işləri, aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi və şəxsiyyəti müəyyən edilmiş itkin-şəhidlərin nəşlərinin ailələrinə təhvil verilməsi işi bundan sonra da intensiv aparılacaq”, - məlumatda qeyd olunub.  BQXK-nın Azərbaycandakı nümayəndəliyindən xəbərə münasibət bildirilməyib. ...

Seçilmiş Videolar

slide 3 of 6

Davamlı Mövzular

slide 7 to 10 of 8
Toplum TV loqo