Ölkə

Bu il Azərbaycanda ən az 14 hərbçi vəfat edib

14 May, 2025
62

sosial media

2025-ci ilin əvvəlindən 13 may tarixinə qədər Azərbaycanda ən az 14 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib.

Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu (XHTİ) kütləvi informasiya vasitələri üzərində keçirdiyi monitorinqin nəticələrinə əsasən məlumat yayıb. 

Onlardan 2 nəfər avtomobil qəzası, 2 nəfər qar uçqunu, 4 nəfər müxtəlif xəstəliklər, 4 nəfər intihar, 1 nəfər mina partlayışı səbəbilə, 1 nəfərsə naməlum səbəbdən vəfat edib.

XHTİ bildirir ki, həyatını itirənlərdən 11 nəfəri Müdafiə Nazirliyinin, 2-i Dövlət Sərhəd Xidmətinin, 1-i isə Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları olub. Onlardan 9 nəfəri əsgər, digərləri isə zabit, MAXE, kursant, kiçik gizir və  çavuş olublar. 

İnstitut əlavə edir ki, bu il ən az 4 hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb. 

XHTİ xatırladır ki, 2024-cü ildə 49 hərbçi qeyri-döyüş şəraitində ölüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Azərbaycanda fəxri adlar ləğv olunur?

14 May 2025

açıq mənbədən götürülüb

Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov "Report"a müsahibəsində deyib ki, dövlət tərəfindən incəsənət xadimlərinə verilən fəxri adların ləğv olunması müzakirə mövzusudur.  Gürcüstanı misal çəkən nazirlik rəsmisi bildirib ki, bu ölkədə 1990-cı illərin əvvəlindən fəxri adlar mövcud deyil və gənc sənətçilər "fəxri adların, ümumiyyətlə, nə olduğunu" bilmir.  "Aktyor daha çox yaradıcılığını düşünməlidir. Fəxri ad, mükafat, medal üçün çalışmamalıdır. Bildiyiniz kimi, fəxri adlar daha çox postsovet məkanında mövcuddur. Bu gün, XXI əsrdə bu adların verilməsi nə dərəcədə aktualdır, yaxud tam aradan qaldırılacaqsa, hansı formada aradan qaldırılacaq? İndiyə qədər fəxri ad alanlar üçün o adlar qüvvədə qalacaqmı? Bu kimi açıq suallar var və müzakirə...
Ölkə

Alatavada evləri sökən tikinti şirkətinin rəhbəri həbsdən buraxılıb

14 May 2025

sosial media

Bakının Yasamal rayonunun Alatava qəsəbəsində içində sakinlər olan evi sökməkdə günahlandırılan “Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov həbsxanadan buraxılıb.  Bu barədə “Report.az” saytı xəbər verib. Sayt bildirir ki, Məmmədov ötən həftə Xətai rayon Məhkəməsində Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə ev dustaqlığına buraxılıb.  Məmmədov martın 28-i Alatavada qanunsuz olduğu bildirilən söküntü işi ilə əlaqədər cinayət işi çərçivəsində saxlanılmış, bir gün sonra isə barəsində həbs qətimkan tədbiri seçilmişdi.  Martın 27-də şirkətə məxsus evakuator içində sakinlər olan evlərin bir hissəsini icazəsiz sökmüşdü. Söküntünün videoları sosial mediada ictimailəşəndən sonra hadisə ilə əlaqədar cinayət işi açılmış və söküntünü aparan iş icraçısı və ekskavator sürücüsü saxlanılmışdı.

Seçilmiş Videolar

Toplum TV loqo