Ölkə

Azərbaycanda ilk dəfə kriptovalyuta üzərinə həbs qoyulub

27 Avqust, 2025
51

Foto: açıq mənbə

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) açılmış iş üzrə cinayət predmeti olan kriptovalyuta üzərinə həbs qoyulub.

Azərtacın məlumatına görə, bu barədə həmin cinayət işi üzrə Səbail Rayon Məhkəməsində qərar qəbul edilib.

“DTX tərəfindən həbs olunmuş B.H.R. və digərləri barədə başlanılmış cinayət işi üzrə xüsusi müsadirəni təmin etmək məqsədilə onlara məxsus olan və cinayətin predmeti olaraq aşkar edilmiş kriptovalyuta üzərinə həbs qoyulması qərara alınmış və icra olunması üçün beynəlxalq virtual aktiv xidməti təminatçılarına yönəldilmişdir”, - xəbərdə deyilir. 

Xəbərə münasibət bildirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” səhifəsində kriptovalyuta müsadirəsi haqda qərarın Azərbaycanda ilk olduğunu bildirib. 

“Düşünürəm ki, bu addım ölkəmizdə virtual aktivlərin hüquqi statusunun möhkəmlənməsi baxımından önəmli presedent yaradır və rəqəmsal cinayətkarlıqla mübarizədə yeni mərhələnin başlanğıcıdır”, - o qeyd edib. 

O.Gündüz xatırladıb ki, Azərbaycanda hələ də virtual aktivlər haqqında qanun qəbul edilməyib. 

“Bir müddət öncə Mərkəzi Bankda görüş keçirilərkən qurumun rəhbərliyi adı çəkilən qanun layihəsinin hazırlanmaqda olduğunu bildirmişdi”, - o bildirib. 

Müsadirə olunan kriptovalyutanın taleyinə gəlincə, ekspert yazıb ki, 
beynəlxalq təcrübədə, adətən, müsadirə edilən kriptovalyutalar ya hərracla satılır, ya da dövlət ehtiyatlarına yönləndirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

"Qarabağ" futbol klubu Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib

28 Avqust 2025

Foto: FK Qarabağ

"Qarabağ" futbol klubu Azərbaycanın və özünün futbol tarixində ikinci dəfə  Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Ağdamı təmsil edən komanda ilk dəfə 2017-ci ildə Avropanın klublar üzrə ən prestijli futbol çempionatının  eyni mərhələsinə yüksəlmişdi. Ötən futbol mövsümündə Azərbaycan çempionu olan "Qarabağ" buna avqustun 27-də pley-off mərhələsində Macarıstanın "Ferentsvaroş" klubunu yarışdan kənarlaşdırmaqla nail olub.  Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda Azərbaycan çempionu bu dəfə məğlub olub. Matç 2-3 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Buna baxmayaraq, bu nəticə də "Qarabağ"a qruplara düşməyə kifayət edib. Bir həftə əvvəlki səfər oyununda "Qarabağ" "Ferentsvaroş"a 1-3 hesabı ilə qalib gəlmişdi.  Buna qədərki təsnifat mərhələlərində...
Ölkə

"Polis hicabı başımızdan çıxardı, zorlamaqla təhdid etdi" 

27 Avqust 2025

Foto: Report

Avqustun 15-də Binə qəsəbəsində saxlanılan inanclı qadınlar polis bölməsində fiziki və psixoloji zorakılığa məruz qaldıqlarını deyiblər.  "Meydan TV"-yə danışan Nigar Bağırova deyib ki, həmin gün İmam Hüseynin adına ehsan paylayıb, sonra Fələstin üçün şüarlar səsləndiriblər. Bu zaman polis onlara və övladlarına hücum edib. "Polislər üzərimizə hücum edərək bizə zorakılıq göstərdi. Uşaq ağladığına görə onu sakitləşdirməyə çalışdım, polislər bizi sürüyərək, maşına salmağa çalışdılar və polis bölməsinə aparıldıq. Orada polislər bizi çılpaq soyundurmaqla və zorlama ilə təhdid etdilər", - o bildirib.  Bağırovanın sözlərinə görə, polislər saxlanılan şəxslərə oxumağa imkan vermədən zorla sənədlər imzalatdırıblar. Həmçinin, onun başından hicabını zorla açıblar. Digər saxlanılan şəxs...

Seçilmiş Videolar

Toplum TV loqo