Dünya

"ChatGPT"-nin intihar etməyə kömək etdiyi yeniyetmənin ailəsi şirkəti məhkəməyə verir

27 Avqust, 2025
360

Foto: New York Times

"ChatGPT" ilə yazışdıqdan sonra intihar edən yeniyetmənin valideynləri proqrama sahiblik edən "OpenAI" şirkəti və baş direktoru Səm Oltmanı  məhkəməyə veriblər. 

Apreldə intihar edən 16 yaşlı Kaliforniya sakini Adam Reynin ailəsi iddia edib ki, yeniyetmə aylarla süni intellektlə idarə olunan "ChatGPT"-dən intihar üsulları haqda soruşub və məsləhətlər alıb. 

Onlar şirkəti mənfəəti təhlükəsizlikdən üstün tutmaqda ittiham edirlər. 

Valideynlərin iddiasına görə, "çatbot" Reynin intihar fikirlərini dəstəkləyib, özünə ölümcül zərəryetirmə üsulları barədə ətraflı məlumat verib, hətta ona intihar məktubu tərtib etməyi də təklif edib. 

İddiada "OpenAI"-ın məhsul təhlükəsizliyi qanunlarının pozulmasına görə məsuliyyət daşıması tələb olunur və qeyri-müəyyən məbləğdə maddi təzminat istənilir.

"OpenAI" sözçüsü bildirib ki, şirkət Reynin vəfatından kədərlənib və "ChatGPT"-də insanları yardım xətlərinə yönləndirmək kimi təhlükəsizlik tədbirləri mövcuddur.

“Sözügedən tədbirlər qısa və adi söhbətlərdə ən yaxşı şəkildə işləsə də, tədricən öyrəndik ki, uzunmüddətli ünsiyyətlərdə modelin təhlükəsizlik üzrə təlimatının bəzi hissələri zəifləyə bilər və nəticədə bu tədbirlər hər zaman etibarlı qalmır,” – deyə sözçü qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: #

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp Əliyev, Paşinyan və Putini də Qəzza Sülh Şurasına dəvət edib 

21 Yanvar 2026

Foto: Getty Images

ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putini də Qəzza üçün yaradılan Sülh Şurasına dəvət edib.  Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan tərəfi dəvəti qəbul edib.  Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan da deyib ki, baş nazir dəvəti qəbul edib və Ermənistanın "sülhün təşviqinə sadiqliyini təsdiqləyib". Putinin dəvət olunması xəbərini isə ilk olaraq onun mətbuat katibi Dmitri Peskov açıqlayıb. Tramp da yanvarın 19-da jurnalistlərə xəbəri təsdiqləyib.  Peskov bildirib ki, Putin dəvəti nəzərdən keçirir.  Sülh Şurası İsrailin iki il apardığı müharibədən sonra Qəzzanın idarəetməsinə nəzarət etmək üçün yaradılıb. Bu, Tramp administrasiyasının...
Dünya

"Reuters": Rusiyanın neft-qaz gəlirləri 2020-ci ildən bəri ən aşağı həddə düşəcək

20 Yanvar 2026

Foto: Reuters

Rusiyanın federal büdcəsinə neft və qaz satışından gələn gəlirlərin ötən ilin yanvar ayı ilə müqayisədə bu ay 46% azalacağı gözlənilir.  Bunu yanvarın 19-da "Reuters"in hesablamaları göstərib.  Gəlirlərin bu ay təxminən 420 milyard rubl (5,41 milyard ABŞ dolları) səviyyəsinə düşəcəyi ehtimal olunur ki, bu da COVID pandemiyasının qlobal yanacaq tələbatını iflic etdiyi 2020-ci ilin avqustundan bəri ən aşağı səviyyədir. Bu il federal büdcəyə neft və qaz satışlarından təxminən 9 trilyon rubl toplanması nəzərdə tutulur. 2026-cı ilin ümumi büdcə gəlirlərinin isə 40,283 trilyon rubl səviyyəsində olacağı proqnozlaşdırılır. Neft və qaz gəlirləri Kremlin Ukraynadakı müharibəsini maliyyələşdirməsində vacib rol oynayır. Rusiya iqtisadiyyatı 2022-ci ilin...

Seçilmiş Videolar

Toplum TV loqo