Bastrıkin: “Təyyarə qəzasının araşdırılmasına təcrübəli əməkdaşlar cəlb olunub”
Themoscowtimes.com
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyev arasında telefon danışığı olub (APA).
Rusiyanın İstintaq Komitəsi xəbər verir ki, Bastrıkin Aktauda baş verən təyyarə qəzasının araşdırılmasına qurumun təcrübəli əməkdaşlarının cəlb olunduğunu bildirib. O, faciənin bütün səbəb və şəraitini müəyyən etmək üçün kompleks istintaq hərəkətləri aparıldığını deyib.
Qeyd olunur ki, tərəflər təyyarənin qəzaya uğraması ilə bağlı birgə araşdırma planı çərçivəsində prioritet vəzifələri müəyyənləşdirib, bundan sonra da hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau istiqamətinə yön alıb. Az sonra təyyarə şəhərin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişinlə ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
İlham Əliyev: “Ümid edirəm ki, yanvarın sonlarından Azərbaycana qarşı böhtan siyasətinə son qoyulacaq”
Chinadailyhk.com
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?