İlham Əliyev: “Ümid edirəm ki, yanvarın sonlarından Azərbaycana qarşı böhtan siyasətinə son qoyulacaq”
COP-dan sonra da bizə qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyası aparılır. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müracətində belə deyib.
O, ötən il Bakıda baş tutmuş COP29 iqlim konfransı haqda danışarkən bildirib ki, bu, müstəqillik dövründə ölkədə keçirilən ən böyük beynəlxalq tədbirdir. Prezident qeydiyyatdan keçmiş 76 min iştirakçının öz gözləri ilə Azərbaycanın potensialını gördüyünü, 197 ölkə, 80 dövlət və hökumət başçısı və vitse-prezidentin tədbirdə iştirak etdiyini vurğulayıb.
“Bu, bir daha göstərir ki, COP29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarının və saxta media orqanlarının - onların bütün səyləri əbəs oldu on bir ay ərzində. Bu, hələ də davam edir. COP-dan sonra da artıq iki aya yaxındır davam edir, bizə qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyası aparılır - Azərbaycanı qaralamaq, Azərbaycanın imicinə zərbə vurmaq. Onun arxasında duran ölkələrin adlarını mən heç çəkmək də istəmirəm. Azərbaycan xalqı o ölkələri yaxşı tanıyır. Qeyri-hökumət təşkilatları hansı mənbədən vəsait alır, hansı paytaxtdan göstəriş alır, onu da Azərbaycan xalqı yaxşı bilir. Ümid edirəm ki, gələn ilin yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür”.
Ötən il bir çox önəmli hadisələr baş verdiyini söyləyən İ.Əliyev bildirib ki, onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi.
Əliyev hesab edir ki, Ermənistan bu addımı məcburiyyət qarşısında atıb: “...bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq”.
Ölkə başçısı bildirib ki, ölkə üçün keçən il ən narahatedici məqam Ermənistanın silahlanması olub. O, fikrinin davamı olaraq deyib ki, Ermənistanı təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr onların arxasında dura bilməyəcəklər: “Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz”.
Prezident həçininin, deyib ki, Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, Azərbaycan gələn ilin hərbi büdcəni əhəmiyyətli dərəcədə artırıb.
“Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb. Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik”.
Əliyev Azərbaycanın 72 milyard dollardan çox valyuta ehtiyatları olduğunu, eyni zamanda, xarici borcun azaldıldığını və bu gün Azərbaycanın xarici borcunun 5,2 milyard dollar olduğunu bəyan edib.
Ötən son iki ildə, xüsusən də 2024-cü ildə ölkədə ictimai fəalların, jurnalistlərin həbsi artıb. Abzas Media, Toplum TV və Meydan TV-nin əməkdaşları həbsdədir. Hüquq müdafiəçiləri ölkədə 300-dən yuxarı siyasi məhbus olduğunu açıqlalyıblar.
Bu həbslərə və ümumilikdə insan hüquqlarının gün-gündən pisləşməsinə görə siyasi hakimiyyət çoxsaylı tənqidlərə məruz qalıb, hətta hüquq müdafiə təşkilatları COP29 iqlim konfransının Azərbaycanda keçirilməməsi ilə bağlı, eyni zamanda həbs edilən fəalların, jurnalistlərin, hüquq müdafiəçilərinin sərbəst buraxılmasına çağırışlar ediblər. Amma Azərbaycan hakimiyyəti bu cür tənqidləri qərəzli hesab edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Chinadailyhk.com
Themoscowtimes.com
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?