Foto: VOA
İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərli xüsusi ittiham qaydasında qaldırılan iddia üzrə işdə təqsirləndirilən şəxs qismində tanınıb.
Bu barədə o, iyulun 8-də “Facebook” səhifəsində xəbər verib.
Hüquq müdafiəçisi bildirib ki, ona qarşı iddianı Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil Elvin Əliyev qaldırıb.
Binəqədi Rayon Məhkəməsində keçirilən hazırlıq iclasında hakim Zamiq Bağırov E.Əliyevin şikayəti əsasında iddianın icraata götürülməsinə qərar verib.
Əliyev məhkəmədə Cəfərlinin ona böhtan atdığını və “işgüzar nüfuzuna zərər vurduğunu” iddia edib. O, məhkəmədən Cəfərlinin Cinayət Məcəlləsinin böhtan maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyib.
Vəkilin iddiasına görə, Cəfərlinin rəhbərlik etdiyi İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin “Facebook” səhifəsində onun keçmiş müvəkkilinə istinadən yalan məlumat yayılıb. Məlumatda vəkilin hazırda həbsdə olan müvəkkilindən 10 500 manat ödəniş aldığı, buna baxmayaraq söz verdiyi hüquqi müdafiəni etmədiyi və müvəkkilini hədələdiyi yazılıb.
Cəfərli isə deyir ki, sözügedən məlumat onun şəxsi mövqeyi deyil. O, işin icraata götürülməsinin Vəkillər Kollegiyasını tənqid etməsinə cavab olaraq, siyasi sifariş əsasında edildiyini düşünür.
“Məhkəməyə verilməyimdə məqsəd hüquq müdafiəçisi olaraq məni susdurmaq, İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzini isə bağlatdırmaqdır. Xüsusi olaraq vurğulayıram ki, mərkəz insan hüquqları təşkilatı olaraq, əsasən insan hüquq və əsas azadlıqlarının müdafiəsi, hüquqları pozulmuş insanların müdafiəsi, siyasi motivlərlə həbs edilmiş fəalların məhkəmə proseslərinin monitorinqini həyata keçirir”, - o qeyd edib.
Məhkəmənin baxış iclası iyulun 14-nə təyin edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Armenia News
Foto: Əkinçi
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Azər Qasımlı həbsdə qaldı