Ölkə

Azərbaycanda hərbçilər milyon yarımlıq yanacaq mənimsəməsində ittiham olunurlar

25 noyabr, 2026
26

sosial media

Azərbaycanda aralarında kapitan və mayor rütbəli hərbi qulluqçuların da olduğu 15 nəfərlik qrup 1,4 milyon manatlıq yanacaq mənimsəməkdə ittiham edilir.

“Qafqazinfo” yazır ki, həmin şəxslərdən 4 nəfəri həbs edilib, 11 nəfər barəsində alternativ qətimkan tədbirləri seçilib.

Bildirilir ki, iş üzrə Mehdiyev Elman, İmanlı Tehran, Əmirov Həsən, Bayramzadə Kənan, Məmmədov Mobil, Əliyev Qəhrəman, Quliyev Nihad, Məmmədov Zaur, Baxşiyev Samir, Hüseynli Məhəmməd, Mustafayev Elçin, Əliyev Məmməd, Mahmudov Cahid, Seyidov Mirmusa və Tərlanzadə Ravid təqsirləndirilən şəxs qismində cəlb olunub.

Məlumata görə, onlardan bir neçəsi kapitan və mayor rütbəli hərbçilər, qalanları isə yanacaqdoldurma məntəqələrinin rəisləri və digər işçiləridir. 

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə yekun ittiham verilib.
Bu maddənin sanksiyasında 10 ildən 14 ilə kimi həbs cəzası nəzərdə tutulur.

Təqsirləndirilən şəxslərin vəkillərinin ittihamlara münasibəti, həmçinin işin hansı məhkəmədə araşdırılacağı barədə məlumat açıqlanmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Dövlət Agentliyi: "Temu" Azərbaycanda qanunvericiliyi pozub

25 noyabr 2026

sosial media

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Temu” elektron ticarət platformasının sahibi olan “PDD Holdings” şirkəti ilə bağlı araşdırmanı yekunlaşdırıb. Agentliyin məlumatına görə, araşdırma rəqabəti məhdudlaşdıran qiymət siyasəti vasitəsilə hökmran mövqedən sui-istifadə və Rəqabət Məcəlləsinin bir sıra müddəalarının pozulması əlamətləri üzrə aparılıb. Söhbət Məcəllənin aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqini qadağan edən 16.2.1-ci, rəqiblərin rentabelli fəaliyyətini mümkünsüz edən aşağı qiymət siyasətinə aid 16.2.7-ci və məhsulun iqtisadi və ya texnoloji əsas olmadan maya dəyərindən aşağı qiymətə satılmasını qadağan edən 16.2.8-ci maddələrindən gedir. Araşdırma “Temu”nun aşağı qiymət və endirim siyasətinin yerli onlayn ticarət bazarında rəqibləri sıxışdırıb-sıxışdırmadığını müəyyənləşdirməyə yönəlib. Araşdırma...
Ölkə

İnanclı məhbusun görüş otağı üçün 70 manat ödəmədiyinə görə “kars”a salındığı bildirilir

20 noyabr 2026

sosial media

12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan inanclı məhbus Alim Yusifovun 6 günlük intizam cəzası alaraq cərimə kamerasına (“kars”) yerləşdirildiyi bildirilir. Məhbusun həyat yoldaşı Türkan Əhmədova “Meydan TV”yə deyib ki, Yusifov noyabrın 18-də cəza kamerasına salınıb. Onun sözlərinə görə, buna noyabrın 14-də ailə görüşü zamanı Yusifovla müəssisə əməkdaşları arasında yaranan mübahisə səbəb olub. Əhmədova bildirib ki, iki günlük görüş zamanı ailədən otaqdan istifadə üçün 70 manat tələb edilib. Onun sözlərinə görə, Alim Yusifov bu ödənişdən imtina etdikdən sonra müəssisə əməkdaşları ilə mübahisə yaranıb. Həyat yoldaşı görüş zamanı otağın, mətbəxin, hamamın və tualetin suyunun kəsildiyini də deyib. O bildirib ki, müəssisə əməkdaşları ailədən...

Seçilmiş Videolar

Toplum TV loqo