Ölkə

“Gənc Qazilər” fəaliyyətini dayandırıb

28 May, 2025
141

Foto: Sosial media

“Gənc Qazilər” İctimai Birliyi fəaliyyətini dayandırıb. 

Bu barədə mayın 28-də birliyin “Facebook” səhifəsində bəyanat verilib. 

Bəyanatda “son dövrlər yaranmış bir sıra obyektiv və subyektiv səbəblər, o cümlədən təşkilati fəaliyyətin davamlılığında çətinliklər, üzvlər arasında əlaqələrin zəifləməsi və ictimai gözləntilərlə uzlaşmayan durumlar nəzərə alınaraq” birliyin fəaliyyətinin dayandırılmasının qərara alındığı deyilib. 

“İctimai Birlikdə təmsil olunan üzvlər bundan sonra da dövlətimizin yanında olacaq, qazilərimizin hüquq və maraqlarının bundan sonra daha şəffaf, məqsədyönlü və ədalətli platformalar üzərindən müdafiə olunacağına inanırıq”, - bəyanatda qeyd olunub.

Birlik dünən yayımladığı digər bəyanatda isə hazırda həbsdə olan Hacı Vəliyevin sədr vəzifəsindən istefa verdiyini açıqlamışdı. 

Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə ittiham olunur. 

Vəliyev müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının prolemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınır.

O, martın 18-də polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.

Vəliyev mayın 14-də məhkəmədə çıxışında deyib ki, o, "ictimai fəaliyyətinə, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial rifah məsələlərini dövlət qurumları qarşısında qaldırdığına və məmurları tənqid etdiyinə" görə həbs olunub.

“Gənc Qazilər” İctimai Birliyi Vəliyevin təcridxanadakı vəziyyəti və səhhəti ilə bağlı şikayətlərini ictimailəşdirirdi. 

Birlik, həmçinin, Vəliyevin azad edilməsi üçün Prezident İlham Əliyevə müraciət etmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Hüquq-mühafizə orqanları: Elgün İbrahimov hündürlükdən yıxılaraq ölüb

29 May 2025

Foto: sosial media

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti mayın 13-də Gəncə şəhərində xəstəxanada vəfat edən 18 yaşlı Elgün İbrahimov haqqında bəyanat yayıb.  Bəyanatda bildirilir ki, istintaq İbrahimovun hündürlükdən yıxılaraq aldığı çoxsaylı xəsarətlərdən ölməsi qənaətinə gəlib.  “Cinayət işi üzrə bütün fərziyyələr, o cümlədən mərhumun intihar etməsi, ehtiyatsızlıqdan yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi kimi hallar yoxlanılıb. İstintaqın hazırkı mərhələsində əldə edilmiş sübutlarla, yəni, şahid ifadələri, hadisə yerinə, müşahidə kameralarına baxış, meyitin xarici və daxili müayinə edilməsi, telefon məlumatları, məhkəmə-genetik, məhkəmə-tibbi və digər ekspertizaların rəyləri və başqa dəlillərlə müəyyən edilmişdir ki, Elgün İbrahimova hər hansı...
Ölkə

Xalq Cümhuriyyətinin yaranmasından 107 il keçir

28 May 2025

Foto: BBC News Azərbaycanca

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunmasından 107 il keçir.  AXC 28 may 1918-ci ildə Tbilisidə elan olunub. Bu, Şərqdə ilk demokratik respublika quruluşu kimi tarixə düşüb.  Cümhuriyyətin yaradılması Çar Rusiyasının süqutu və bölgədə yaranan siyasi boşluq şəraitində baş verdi. Milli Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan xalqının suverenliyi və dövlət müstəqilliyi rəsmən elan olundu.  Fətəli xan Xoyski başda olmaqla, ilk hökumət quruldu. AXC hüquqi dövlət quruculuğu, təhsil islahatları, qadınlara seçki hüququnun verilməsi və milli ordu yaradılması sahələrində addımlar atdı. Lakin AXC daxili siyasi çətinliklər, iqtisadi böhran və xarici təzyiqlərlə üzləşdi. 1918-ci ilin sonlarında Bakı AXC-nin paytaxtı elan edilsə...

Seçilmiş Videolar

Toplum TV loqo