Ölkə

Şəkidə istirahət mərkəzində kanat xəttində qəza: iki nəfər ölüb

9 Sentyabr, 2026
168

Şəki yaylası

Sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən “Şəki Yaylası” İstirahət Mərkəzində kanat xəttində baş verən qəza nəticəsində iki nəfər həyatını itirib.

İlkin məlumata görə, hadisə kanatın trosunun qırılması nəticəsindı baş verib. Hadisə nəticəsində Qax sakini Coşqun Məmmədov və onun Bakıdan Şəkiyə istirahətə gələn dostu Ucal Bayramov həlak olub.
Bildirilir ki, onlar təxminən 40 metr yüksəklikdən yıxılıblar.

Hadisə şahidlərinin “Qəzetçi”yə verdiyi məlumata əsasən, istirahət mərkəzində “zipline” tipli iki kanat xətti fəaliyyət göstərir. Onların sözlərinə görə, qəza oturacağın kanata birləşdirilən hissəsinin qopması nəticəsində baş verib.

Mənbə iddia edir ki, xətlərdən biri standartlara uyğun inşa edilsə də, digəri kustar üsulla quraşdırılıb. Qəzanın da məhz ikinci xətdə baş verdiyi bildirilir.

“Şəki Yaylası” İstirahət Mərkəzinin Masazırdakı “Qurtuluş-93” yaşayış kompleksinin və Novxanıdakı “My Beach” istirahət mərkəzinin sahibi olduğu deyilən Məhərrəm Novruzova məxsus olduğu bildirilir.

Hadisə ilə bağlı istirahət mərkəzinin rəhbərliyi hələ açıqlama verməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Avropa Məhkəməsi Yasamalda mənzilləri sökülmüş sakinlər üçün 135 min avro təzminat kəsib

15 Oktyabr 2026

açıq mənbə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ildə paytaxtın Yasamal rayonunda mənzilləri sökülmüş sakinlərin şikayətinə baxıb.  Vəkil Fariz Namazlının yaydığı məlumata görə, oktyabrın 13-də verilən qərarda ərizəçilərə qarşı hüquq pozuntuları tanınıb və onlar üçün ümumilikdə 135 min avrodan çox məbləğdə təzminat kəsilib. Qərarın mətnində göstərilir ki, Yasamal rayonunda yaşayan beş şikayətçinin mənzillərinin bir hissəsi 2016-cı ilin iyulunda yerli icra hakimiyyəti tərəfindən sökülüb. İcra hakimiyyəti söküntünü icra edərkən Nazirlər Kabinetinin 2015-ci ilin noyabrına aid olan qərarına istinad edib. Yerli məhkəmələr ərizəçilər üçün 33-90 min manat aralığında məbləğlərdə təzminat təyin edib.  AİHM isə müəyyən edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi mülkiyyətdə olan...
Ölkə

Prokuror “Baksol yolu”nda gəncin ölümü ilə bağlı təqsirləndirilən şəxsə 5 il həbs istəyib

15 Oktyabr 2026

açıq mənbə

Bakıda “Baksol yolu” adlanan ərazidə 28 yaşlı Cümşüd Cümşüdlünün yolun çökməsi nəticəsində kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı açılan cinayət işi üzrə məhkəmə istinataqı yekunlaşıb. APA-nın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində prokuror Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdova 5 il həbs cəzası istəyib. Prokuror onun məhkəmə zalında həbs edilməsini və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini də istəyib. Vəkillər çıxış üçün vaxt istəyiblər. Növbəti iclas oktyabrın 29-na təyin olunub. İstintaqın məlumatına görə, 2025-ci il iyunun 26-da Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində yer səthinin çökməsi nəticəsində Cümşüd Cümşüdlü kanalizasiya sularının axdığı kanala düşüb. Onun meyiti iyunun 28-də Suraxanı rayonunun...

Seçilmiş Videolar

Toplum TV loqo