Azərbaycanda siyasi məhbus sayılan şəxslərin beynəlxalq “advokasi” fəaliyyəti ilə bağlı müraciəti
jam-news
Azərbaycanda həbsdə olan bir qrup siyasi məhbus hesab edilən şəxs beynəlxalq hüquq müdafiəsi fəaliyyətinin (“advokasi”) daha koordinasiyalı, açıq və bütün siyasi motivli təqib halları üzrə aparılması çağırışı ilə müraciət yayıb.
Müraciət müəllifləri Azərbaycanın demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmin olunması üçün demokratik ölkələrin və beynəlxalq institutların fəal dəstəyinin zəruri olduğunu bildirirlər.
Bakı Araşdırmalar İnstitutunun dərc etdiyi müraciəti olduğu kimi təqdim edirik.
Demokratik dünyanın inkişaf təcrübəsi göstərir ki, keçilən uğurlu yoldan faydalanmaq problemlərin həllində mühüm töhfə verir. Bu yanaşmanı, həmçinin Azərbaycanın götürdüyü beynəlxalq öhdəlikləri əsas tutaraq, ölkəmizin demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmininin gerçəkləşməsində demokratik dünyanın da aktiv iştirakı və dəstəyi zəruridir. Buna nail olmaq əsasən bizim vəzifəmiz olmaqla yanaşı, həm də onların məsuliyyətidir.
Beləliklə, beynəlxalq dəstəyi əldə etmək, dünyanın demokratik institutları ilə əməkdaşlıq və tərəfdaşlıq qurmaq üçün beynəlxalq advokasi fəaliyyəti mühüm yer tutur. Bu istiqamətdə görülən əvvəlki müsbət fəaliyyətləri minnətdarlıqla anaraq, bundan sonrakı dövrdə fəaliyyətin daha məhsuldar olması üçün bütün iştirakçı tərəflərə aşağıdakıları nəzərə almağa çağırış edirik:
I. Advokasi tərəflərinin əsas gündəliyində Azərbaycanın demokratikləşməsi və ölkədə insan hüquq və azadlıqlarının vəziyyəti məsələləri ayrı-ayrı deyil, birgə, bir-birini tamamlayan formada prioritet mövzuya çevrilməsini daha faydalı hesab edirik.
II. İnanırıq ki, qeyd edilən əsas mövzulara fokuslanmaqla aparılan beynəlxalq advokasi fəaliyyətinin tərəfləri öz işlərində aşağıdakı gözləntilərimizi əsas tutarlarsa, uğurlu nəticələrin əldə olunmasına daha çox töhvə vermiş olarlar:
1.Advokasi fəaliyyətini icra edənlərdən gözləntilər:
- Fəaliyyətin fokusunu ayrıca şəxsə və məhdud qrupa yönəltməmək.
- İcra etdiyi fəaliyyətləri publik olaraq aparmaq.
- Görülən işlərin proqram hesabatını vermək.
- Fəaliyyətin ardıcıl, silsilə formada və kampaniya xarakteri daşımasına yönəlmək.
- Digər qrup və şəxslərlə əlaqəli koordinasiyalı fəaliyyətə maksimum səy göstərmək.
- Advokasi fəaliyyətlərinin ümumi koordinasiyası üçün uzlaşdırıcı mövqədən çıxış etmək.
2. Advokasi fəaliyyətini dəstəkləyənlərdən gözləntilər:
- Dəstəklənən layihə və təkliflərlə advokasinin, hansısa şəxsə və qrupa deyil, açıq və dəqiq bilinən bütün siyasi “işlərə” (case) yönəlməsini prioritet hesab etmək.
- Advokasi fəaliyyətilə məşğul olan şəxsləri və qrupları koordinasiyalı fəaliyyətə, uzlaşmaya təşviq etmək.
- Təklif və layihələr barədə beynəlxalq tərəfdaşlarla məlumat bölüşməklə təkrarçılıqdan və sui-istifadədən yayınmaq.
- Advokasi fəaliyyətinin publik aparılmasını, o cümlədən bu işlərin ardıcıl və kampaniya xarakterli yerinə yetirilməsini prioritet hesab etmək.
3. Advokasinin hədəfi olan tərəflərdən (xarici hökumətlər, parlamentlər, beynəlxalq təşkilatlar) gözləntilər:
- Azərbaycan hökumətinin demokratikləşmə, insan haqları, hüququn üstünlüyü, şəffaflıq və hesabatlılığa dair öhdəliklərinin icrasına publik çağırış etmək.
- Siyasi motivli təqibləri durdurma, həbs edilənləri azad etmə, özbaşınalıq edənlərə qarşı hüquqi siyasi tədbirlər görülməsinə dair çağırışlar etmək.
- İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin işlərinə prioritet qayda baxılmasına dəstək vermək, o cümlədən məhkəmə qərarlarının icrasına dair Avropa Şurasının Nazirlər Kabinetinin effektiv addımlar atmasına nail olmaq.
- Səhhəti pisləşən, sağlamlıq problemləri olan şəxslər barəsində yaxşılaşdırıcı, effektiv tədbirləri görmək.
- Siyasi təqiblərdə iştirak edən rəsmilərə qarşı, ən azından mövcud “işlərdə” (case) iştirak edən rəsmi şəxslərə qarşı sanksiya tədbirlərinə başlamaq.
Siyahı əlaqə saxlaya bildiyimiz siyasi məhbusların mövqeyi əsasında hazırlanıb və yeni imzalar üçün açıqdır.
İmza:
Afiəddin Məmmədov - "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası
Akif Qurbanov - Üçüncü Respublika Platforması
Aqil Hümbətov - AXCP
Anar Abdulla - SMDT
Aynur Elgünəş - “Meydan TV”
Aysel Umudova - “Meydan TV”
Aytac Tapdıq (Əhmədova) - “Meydan TV”
Bəhruz Səmədov - Sülh fəalı
Elnarə Qasımova - “Abzas Media”
Elnur Həsənov - AXCP
Elxan Əliyev - AXCP
Ələsgər Məmmədli - “Toplum TV”
Əli Zeynal - Demokratik Təşəbbüslər İnstitutu
Əlixan Rəcəbli - AXCP
Fatimə Mövlamlı - “Meydan TV”
Fərid İsmayılov - “Toplum TV”
Hafiz Babalı - “Abzas Media”
Xəyalə Ağayeva - “Meydan TV”
İlkin Əmrahov - Demokratik Təşəbbüslər İnstitutu
İmran Əliyev - “Meclis.info”
Kənan Zeynalov - AXCP
Mehman Əliyev - AXCP
Məmməd İbrahim - AXCP
Məmməd Məmmədzadə - Seçki Müşahidə Alyansı
Müşfiq Cabbar - “Toplum TV”
Mütəllim Orucov - AXCP
Natiq Cavadlı - Meydan TV
Nərgiz Absalamova - “Abzas Media”
Niyaməddin Əhmədov - AXCP
Novruz Tağıyev - AXCP
Nurlan Libre (Qəhrəmanlı) - “Meydan TV”
Pünhan Kərimov - AXCP
Rahil Quliyev - AXCP
Ramil Babayev - Demokratik Təşəbbüslər İnstitutu
Ramil Quliyev - AXCP
Ramin Deko (Cəbrayılzadə) - "Meydan TV"
Razi Alışov - AXCP
Ruslan İzzətli - Üçüncü Respublika Platforması
Rüfət Səfərov - Hüquq müdafiəçisi
Sahib Məmmədzadə - AXCP
Sevinc Vaqifqızı - “Abzas Media”
Şahin Hacıyev - AXCP
Şəmşad Ağa - "Meydan TV"
Ülvi Həsənli - “Abzas Media”
Ülviyyə Əli - “Meydan TV”
Vüqar Qədirov - AXCP
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Məmməd Alpay: “Hökumət legitim vətəndaş cəmiyyəti fəaliyyətini cinayət kimi qələmə verir”
sosial media
Nazim Bəydəmirli ədliyyə nazirinə müraciət edib: “Lazımi tibbi yardımla təmin olunmuram”
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”