Laçın istiqamətində itkin düşdüyü deyilən əsgərin Ermənistanda saxlanıldığı bildirilir
sosial media
Laçın istiqamətində hərbi xidmət keçərkən itkin düşə əsgər Nəsimi Rasim oğlu Musayevin Ermənistan ərazisində saxlanıldığı bildirilir.
Azərbaycan Baş Prokurorluğunun oktyabrın 1-də yaydığı məlumatda belə deyilir.
Qurumun açıqlamasına görə, Nəsimi Musayev sentyabrın 26-da xidmət yerində olmayıb və həmin gündən onun axtarışına başlanılıb. Qeyd olunur ki, axtarışlara Müdafiə və Fövqəladə Hallar nazirliklərinin qüvvələri cəlb edilib.
“Bununla yanaşı, hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib”, - Baş Prokurorluğun məlumatında deyilir.
Qurum əlavə edib ki, həyata keçirilən tədbirlər nəticəsində N. Musayevin Ermənistan ərazisində olduğu və həmin ölkədə saxlanıldığı müəyyən edilib.
Nəsimi Musayevin yaxınlarının müraciəti daha əvvəl sosial mediada yayılmışdı.
Yaxınları əsgərdən sentyabrın 26-dan xəbər ala bilmədiklərini, onun taleyi barədə ailəyə dəqiq məlumat verilmədiyini bildirirdilər. Onlar həmçinin xidmət etdiyi hərbi hissənin komandirinin onları qəbul etmədiyini deyərək prezident İlham Əliyevə və müdafiə naziri Zakir Həsənova müraciət etmişdilər.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) məlumatına görə, sentyabrın 29-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) onlara bir hərbi qulluqçunun naməlum şəraitdə xidmət yerini tərk etməsi barədə xəbər verib.
"Həmin hərbçinin Ermənistan Respublikasının sərhədini qanunsuz keçməsi ehtimalı istisna olunmayıb. Bundan sonra Ermənistan və Azərbaycanın səlahiyyətli qurumları birgə axtarış əməliyyatları həyata keçiriblər", - MTX-nin açıqlamasında bildirilir.
Məlumata görə, oktyabrın 1-də saat 14:15-də Ermənistan Daxili İşlər Nazirliyinin “112” operativ idarəetmə mərkəzinə Sünik vilayətinin Şaki qəsəbəsində Ermənistan vətəndaşının ayağından güllə yarası alması barədə siqnal daxil olub. MTX həmin hadisəni azərbaycanlı hərbçinin törətdiyini, onun artıq saxlanıldığını bildirir.
"Hadisənin təfərrüatları Azərbaycan tərəfinə təqdim edilib. Faktla bağlı Ermənistan Respublikasının İstintaq Komitəsində cinayət işi başlanıb", - MTX-nin məlumatında deyilir.
Onun bud nahiyəsindən güllə yarası aldığı, güllənin ayaqda qalmadığı bildirilir. Xəstəxana rəhbərinin sözlərinə görə, qadının vəziyyəti stabildir və həyatı üçün təhlükə yoxdur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Nazirlər Kabineti: Məktəblərdə “dünyəvilik prinsipinə uyğun olmayan” geyimlərə icazə verilməyəcək
sosial media
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”