ABŞ: "Tramp marşrutu”nda gömrük və sərhəd xidməti Ermənistanın nəzarətində olacaq
primeminister.am
Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bu ayın əvvəlində jurnalistlərə deyib ki, "Tramp marşrutu" ölkənin üzv olduğu Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydaları ilə idarə olunacaq.
"Azadlıq Radiosu"nun erməni xidməti bu açıqlamaya cavab almaq üçün ABŞ Dövlət Departamentinə sorğu göndərib. Dövlət Departamenti cavabında bu iddiaya münasibət bildirməsə də, marşruta Ermənistanın nəzarət edəcəyini qeyd edib.
"Tramp marşrutu Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyur. Sərhəd təhlükəsizliyi və gömrüklə bağlı bütün funksiyalar Ermənistanın nəzarəti altında qalır, Ermənistan hakimiyyəti onlara nəzarəti həyata keçirir və əsas qərarları qəbul edir", - açıqlamada deyilir.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə daha əvvəl "Tramp marşrutu"nda pasport yoxlanışının üçüncü ölkəyə həvalə oluna biləcəyini istisna etməmişdi.
Azərbaycan prezidenti İlham Əliyev də daha öncə etdiyi çıxışlarda Azərbaycandan Naxçıvana gedəcək sərnişinlərin erməni sərhədçilərin üzünü görməməli olduğunu deyib.
Ötən il avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin verdiyi birgə bəyannamədə qeyd olunan məsələlərdən biri də Azərbaycanı Naxçıvana birləşdirəcək, “Tramp marşrutu” adlanan yoldur.
Bəyannamənin 4-cü maddəsində deyilir ki, Ermənistan öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Russian Foreign Ministry
Açıq mənbə
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”