Siyasət

Azərbaycan səfirliyinə hücumla bağlı cinayət işi başlanıldı

6 Avqust, 2022
2155

Açıq mənbələrdən götürülüb

Londondakı Azərbaycan səfirliyinə avqustun 4-də edilmiş hücumla bağlı cinayət işi başlanılıb, Britaniyaya vəsatətlə müraciət edilib.

Bu barədə avqustun 6-da Baş Prokurorluqdan verilən məlumatda bildirilib.

"Faktla bağlı dərhal başlanmış ilkin araşdırmalarla şəxsiyyətləri məlum olmayan qabaqcadan əlbir olan bir qrup radikal dəstənin beynəlxalq münasibətləri gərginləşdirmək məqsədi ilə “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” 14 dekabr 1973-cü il tarixli Beynəlxalq Konvensiyasının tələblərinə zidd olaraq qeyd edilən tarixdə yerli vaxtla saat 16-17 radələrində London şəhəri, 4 Kensinqton Court W8 5DL ünvanında yerləşən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına hücum etməklə əmlakı qəsdən zədələmələrinə, binanın eyvanına qalxaraq dövlət rəmzi olan Azərbaycan bayrağını yerə atmaqla təhqiredici hərəkətlər etmələrinə, daha sonra özləri ilə gətirdikləri bayraq və plakatları eyvandan asıb, boyalar vasitəsi ilə inzibati binanın divarlarına müxtəlif məzmunlu dini şüarlar yazmalarına əsaslı şübhələr müəyyən edilib" - deyə məlumatda bildirilib.

https://toplum.tv/multimedia/sefirliye-hucum-eden-mehdi-nokerleri-kimlerdir

Faktla bağlı Baş Prokuror tərəfindən Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.3, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 12.3, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başladılıb.

İstintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Həmçinin cinayət işi üzrə istintaqın Böyük Britaniyanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatətlə müraciət edilib.

Qeyd olunub ki, təqsirkar şəxslərin dairəsinin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində tədbirlər görülür.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Ailəsi: Ülvi Həsənli “karser”də huşunu itirəndən 5 gün sonra müayinə edilib

26 İyul 2025

Foto: VOA

"Abzas Media"nın həbsdə olan və aclıq aksiyası keçirən direktoru Ülvi Həsənlinin ürəyində problemlər olduğu bildirilir.  Bu barədə iyulun 26-da onun həyat yoldaşı Rübabə Quliyeva məlumat yayıb.  Bildirilir ki, iyulun 25-də zəng edən Həsənlinin səsi "çox zəif və halsız" gəlib.  "İyulun 21-də karserdə huşunu itirəndən 5 gün sonra həkim onu “müayinə” etməyə lütf edib. Qan təzyiqi 140/100 səviyyəsindədir, çəkisi 67 kiloqrama düşüb. Ülvi həkimə ürəyində problemlər olduğunu deyib. Həkim isə bildirib ki, burada kardioqramma etmək mümkün deyil, icazə yoxdur", - Quliyeva xəbər verib.  Həsənli iyulun 21-də huşunu itirdiyini nəzarətçiyə bildirsə də, buna heç kimin əhəmiyyət vermədiyini deyib.  O, həmçinin, isti havaya...
Siyasət

“Aİ Azərbaycanın geosiyasi əhəmiyyətini dəyərlərindən üstün tutur”

25 İyul 2025

Foto: Açıq mənbə

Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə gündəliyi yenidən başlama prosesindədir.  Bunu Azərbaycan prezidenti İlham Əliyev iyulun 19-da Şuşa Qlobal Media Forumunda deyib.  Əliyev bildirib ki, Aİ-nin icraçı qolu olan Avropa Komissiyası (AK) ilə “çətin anlar” olub, lakin Komissiyanın yeni rəhbərliyindən “müsbət mesajlar” alırlar. “Birmənalı olaraq, biz də müsbət cavab veririk”, - o qeyd edib.  Azərbaycanla Aİ arasında münasibətlər, iqtisadi əməkdaşlığı çıxmaq şərtilə, bu yaxınlaradək o qədər yaxşı olmayıb.  AK-nin keçmiş vitse-prezidenti Cozef Borel Azərbaycan hakimiyyətini müstəqil jurnalistlərin və vətəndaş cəmiyyəti üzvlərinin həbsinə görə bir neçə dəfə tənqid edib. Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra ötən il COP29 ərəfəsində Azərbaycana gəlişində ölkədə insan hüquqları məsələsini gündəmə...

Seçilmiş Videolar

slide 3 of 6

Davamlı Mövzular

slide 7 to 10 of 8
Toplum TV loqo