Açıq mənbələrdən götürülüb
Azərbaycan Prezidenti İlham Əliyev II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verib.
İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Elizabet Trassa ünvanladığı başsağlığında deyilir:
“Hörmətli xanım Baş nazir,
Görkəmli dövlət başçısı – Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
XX əsrin ikinci yarısından etibarən adını dünya tarixinin səhifələrinə şərəflə həkk etmiş, Birləşmiş Krallığın taleyində müstəsna rol oynamış Ülyahəzrət Kraliça II Elizabet görkəmli şəxsiyyət, xalqının parlaq siması idi.
https://toplum.tv/siyaset/ilham-eliyev-avropa-bizim-ucun-yegane-bazar-deyil
Bütün həyatını ölkəsinin yüksəlişinə fədakarcasına həsr etmiş Kraliça ümummilli mənafelərə ürəkdən bağlılığı, xalqına təmənnasız xidmət, dövlətə hədsiz sədaqət nümunəsi ilə milyonlarla həmvətənlərinin qəlbində əbədi abidə ucaltmışdır. Yeddi onillik ərzində Kraliçanın ali dövləti fəaliyyəti ona haqlı olaraq bütün dünyada böyük nüfuz, dərin hörmət və ehtiram qazandırmışdır.
Bu ağır itki ilə əlaqədar Sizə, Kral ailəsinə, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”