Dünya

III Çarlz Böyük Britaniyanın kralı elan ediləcək

9 Sentyabr, 2022
2657

Açıq mənbələrdən götürülüb

73 yaşlı III Çarlz şənbə günü, sentyabrın 10-da rəsmi olaraq Böyük Britaniyanın kralı elan ediləcək. 

Bu barədə "Independent" qəzeti məlumat yayıb. 

Çarlz 8 sentyabrda kraliçanın ölümündən sonra taxtın keçmiş varisi kimi dərhal kral olub. Amma qəzetin yazdığı kimi, ənənəyə uyğun olaraq Varislik Şurasının rəsmi mərasimi keçirilməlidir. Varislik Şurası adətən monarxın ölümündən sonra 24 saat ərzində Londondakı Müqəddəs Ceyms Sarayında toplanır.

Amma bu dəfə mərasim hazırlıq üçün kifayət qədər vaxt olmadığından daha sonra keçiriləcək.  

https://toplum.tv/siyaset/ilham-eliyev-ulyahezret-kralica-xalqinin-parlaq-simasi-idi

Ənənəvi olaraq, Şurada monarxın məsləhətçilərindən ibarət Gizli Şura üzvləri iştirak edir, onların sayı 700-dən çoxdur. Lakin “İndependent”in məlumatına görə, bu dəfə mərasimdə iştirak etmək üçün şuranın cəmi 200 üzvü dəvət olunub.

Kraliçanın matəmi veriləndən sonra Çarlzın rəsmi tacqoyma mərasiminin təşkilinə başlanılacaq. Hazırlıq bir ildən çox çəkə bilər. Məsələn, II Yelizavetaya atasının ölümündən və taxta çıxmasından bir il yarım sonra tac qoyulmuşdu.

Kraliça II Yelizaveta 96 yaşında vəfat edib. O, 1952-ci ildə taxta çıxmış, Britaniya və İngiltərə tarixində ən uzun padşahlıq edən monarx olmuşdu.

Onun böyük oğlu Çarlz deyib ki, II Yelizavetanın ölümü onun və bütün ailə üzvləri üçün "ən kədərli an" olub. "Mən bilirəm ki, onun itkisi bütün ölkədə, krallıqlarda, Birlik ölkələrində və dünyada saysız-hesabsız insanlarda dərin iz buraxacaq", - deyə o bildirib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo