Dünya

Boris Conson baş nazirliyə namizəd olmaqdan imtina edib

24 Oktyabr, 2022
2056

Açıq mənbələrdən götürülüb

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Liz Trasın istefasından sonra hakim Mühafizəkarlar Partiyasının lideri və hökumət başçısı postlarına namizəd olmaqdan imtina edib. 

Bu barədə "Reuters" yazır.

"Düşünürəm ki, 2024-cü ildə keçiriləcək [ümumi] seçkilərdə Mühafizəkarlar Partiyasını qələbəyə çatdırmaq üçün yaxşı şansım var. Mühafizəkarlar Partiyasının üzvləri arasında partiya seçkilərində uğur qazanmağım və cümə günü Douning Stritə qayıda bilmək ehtimalım var. Ancaq son bir neçə gün ərzində mən təəssüf, bu qənaətə gəldim ki, bu ancaq səhv olacaq", - Conson açıqlamasında deyib. 

https://toplum.tv/dunya/45-gunluk-bas-nazir-liz-trasin-istefasina-sebeb-nedir

O, həmçinin qeyd edib ki, 102 Mühafizəkar deputatın dəstəyini qazana bilib, bununla bağlı formal olaraq baş nazir postuna namizəd kimi çıxış etmək imkanı əldə edib. Bununla belə, Conson vurğulayıb ki, o, baş nazirliyə digər namizədlərlə - keçmiş maliyyə naziri Rişi Sunak və Britaniya parlamentinin İcmalar Palatasının rəhbəri Penni Mordauntla əlaqə saxlayıb. Keçmiş baş nazir milli maraqlar naminə birgə iş barədə razılığa gəlmək niyyətində olsa da, tərəflər ortaq məxrəcə gələ bilməyib.

"Ona görə də qorxuram ki, ən yaxşı seçim məni namizəd göstərməmək və qalibi dəstəkləmək olardı. Zənnimcə, təklif edə biləcəyim çox şey var, amma qorxuram ki, doğru zaman deyil", - deyə o qeyd edib. 

Oktyabrın 20-də Böyük Britaniyanın baş naziri və ölkənin Mühafizəkarlar Partiyasının rəhbəri Liz Tras istefa verib. O, Baş nazir kimi vəzifələrinin öhdəsindən gələ  bilmədiyini etiraf edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo