Siyasət

Ceyhun Bayramov: Ermənistan Laçın dəhlizi ilə bağlı maddəni pozur

5 noyabr, 2022
2172

Açıq mənbələrdən götürülüb

Azərbaycanın xarici xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Laçın dəhliziylə minalar daşıdığını deyərək onun üçtərəfli bəyanatın maddəsini pozduğunu bəyan edib. 

Bu barədə nazir noyabrın 5-də jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, indiyədək Laçında 1400-dən artıq mina aşkarlanıb: "Gələcəkdə bunların sayı nə qədər olacaq bilinmir. Bu, beynəlxalq hüquq və prinsiplərin, üçtərəfli bəyanatın aşkar pozuntusudur”.

https://toplum.tv/siyaset/azerbaycana-seferi-texire-dusen-iran-parlamentinin-spikeri-yerevana-gedir

Ceyhun Bayramov əlavə edib ki, minaların daşınması təxribatın davam etdirilməsi deməkdir:

"Bu həmdə Laçın dəhlizindən başqa məqsədlər üçün istifadə olunduğu deməkdir. Bilirsiniz ki, Laçın dəhlizi yalnız üç istiqamətdə - vətəndaşlar, nəqliyyat və yüklərin daşınması üçün mülki məqsədlərlə istifadə oluna bilər. Ermənistanın bu hərəkəti həm də üçtərəfli bəyanatın həmin maddəsini aşkar pozması deməkdir”.

XİN rəhbəri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşü barədə də məlumat verib. Onun sözlərinə görə, görüşün gündəliyində müxtəlif mövzular var, amma XİN səviyyəsində əsas istiqamət sülh müqaviləsi üzərində işlə bağlıdır.

“Bildiyiniz kimi, oktyabrda Cenevrədə görüşümüz oldu. Bu görüşdə daha əvvəl təqdim olunmuş 5 prinsip üzərində genişlənmiş elementləri qarşı tərəfə təqdim etmişdik. Qarşı tərəfin buna reaksiyası istənilmişdi və onlar bildirmişdi ki, bunun üçün əlavə vaxt lazımdır. Bu, təkliflərin öyrənilməsi və geri dönüş üçün təbiidir. Düşünürəm ki, bu görüş zamanı bizim bu məsələləri müzakirə etmək imkanımız olacaq”, - deyə Ceyhun Bayramov əlavə edib.

Ermənistan XİN bir neçə gün əvvəl məlumat yayıb ki, yaxın zamanlarda Vaşinqtonda ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü gözlənilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”

6 noyabr 2026

Toplum TV

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır” “Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev və “Toplum TV”nin jurnalisti Fərid İsmayılov penitensiar müəssisələrdə məhbusların tibbi təminatı ilə bağlı problemlərindən yazıblar. Onlar Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə ünvanladıqları müraciətdə dərman çatışmazlığı, tibbi xidmətlər üçün ödəniş tələb edilməsi, Müalicə Müəssisəsindəki antisanitar şərait və işgəncə izlərinin sənədləşdirilməsi ilə bağlı suallar veriblər. “Toplum TV” müraciəti olduğu kimi təqdim edir. “Penitensiar müəssisələrdə konkret xəstəliklərlə bağlı dərmanlar ümumiyyətlə yoxdur, ilkin yardım dərmanları isə nadir hallarda tapılır. Bu problemin səbəbi nədir, haradadır, kimdir? Bakı İstintaq...
Siyasət

Cəmil Həsənli bacısı oğlunun döyüldüyünü deyir: “Əli Kərimlinin və mənim əleyhimə danışmağa məcbur ediblər”

6 noyabr 2026

Foto:Turan

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli bacısı oğlu Aqil Əliyevin Biləsuvar Rayon Polis Şöbəsində saxlanıldığını və döyüldüyünü iddia edib. Siyasətçi bu barədə noyabrın 6-da sosial media hesabında məlumat yayıb. Cəmil Həsənlinin sözlərinə görə, bacısı oğlundan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimliyə qarşı çıxış etməsi istənilib. “Görünür, bunlar Əli bəyin məhkəməsi dövründə ona qarşı ‘ümummilli’ kampaniya hazırlayırlar. Dünən Biləsuvarda bir dəstə polis əməkdaşı idman zalına gəlib mənim bacım oğlu Aqil Əliyevi polis şöbəsinə aparıb. Orada ona deyiblər ki, çıx televiziyada Əli Kərimlinin və dayın Cəmil Həsənlinin əleyhinə çıxış elə. De ki, Əli Kərimli və Cəmil Həsənli xalqı...

Seçilmiş Videolar

Toplum TV loqo