Siyasət

Etirazçı tələbələr sosial media hesablarına müxadilə edildiyini deyir

6 May, 2021
3345

Sosial Media

Tələbə Güc Mərkəzinin (TGM) sədri Əhməd Məmmədli sosial şəbəkə hesablarına və telefonuna müdaxilə edildiyindən şikayətçidir. 

Bu barədə o, mayın 6-da “Toplum TV”-yə məlumat verərək bildirib ki, “Feysbuk” və “Tvitter” profillərinə daxil ola bilmir. 

"Bu gün səhərdən telefonuma müxtəlif hesablardan kodlar və linklər göndərilir. Bunların heç birinə daxil olmamağıma baxmayaraq, yenə də hesabı ələ keçiriblər. Sosial şəbəkə hesablarıyla yanaşı, internetə bağlı heç bir tətbiqetməyə də daxil ola bilmirəm. Bircə “İnstaqram”ı qaytara bilmişəm. Telefonumda heç taksi belə sifariş verə bilmirəm”, - Ə.Məmmədli açıqlamasında deyib. 

O hesab edir ki, sosial şəbəkə hesablarına müdaxilə dövlət qurumları tərəfindən təzyiq məqsədiylə edilib. Fəalın sözlərinə görə, daha əvvəl Lənkəranda saxlanılan zaman polis idarəsində bu barədə ona xəbərdarlıq edilib: “Mənə deyilmişdi ki, sənin şəxsi telefonunu və şəxsi kompüterini ələ keçirəcəyik. O zaman bunu edə bilmirdilər. İndi isə müvəffəq oldular. Müdaxiləni datalarımı ələ keçirmək və sosial şəbəkə hesablarımı bloklamaq üçün ediblər". 

Ə. Məmmədli məsələ ilə əlaqədar hüquqi prosedur başladacağını deyib. 

TGM sədri əlində əsas olmadığı üçün DİN-ə şikayət etdiyini bildirir. Lakin o düşünür ki, bu oğurluq Dövlət Təhlükəsizlik Xidməti ilə DİN-in əməkdaşlığı çərçivəsində həyata keçirilib: “Onların əməlləridir, belə işlərə DTX baxır”. 

Digər tələbə, TGM idarə heyətinin üzvü Fərid Cabbar da telefonuna müdaxilə edildiyini, "Quql"dakı elektron poçtlarına daxil ola bilmədiyini deyib. Bu barədə o, özünün "Feysbuk" hesabında yazıb. 

DİN: “Həmin şəxsə deyin ki, bu iddialardan əl çəksin”

Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə səsləndirilən iddiaları təkzib edib:

“Bu iddiaların heç bir əsası yoxdur. Dövlət orqanlarıyla bağlı səsləndirilən bu cür iddialar heç bir halda həqiqəti əks etdirə bilməz. Qəti olaraq bu iddiaları təkzib edirəm. İddianı səsləndirən şəxsin spiqativ, manipulyativ fikirlərinin heç bir əsası yoxdur”.

Elşad Hacıyev - DİN

E.Hacıyev bildirir ki, polis hər hansı şəxsin sosial şəbəkə hesablarına daxil olmaqda, baxmaqda maraqlı deyil: “Həmin şəxsə deyin ki, bu iddialardan əl çəksin. Bu məsələlərdə polisin adını hallandırmasın”.

Dövlət Təhlükəsizlik Xidmətindən isə məsələylə bağlı münasibət almaq mümkün olmadı.

Mayın 3-də TGM sədri Əhməd Məmmədlinin təşkilatçılığı ilə bir qrup tələbə saat 16:00-da İqtisad Universitetinin qarşısında etiraz aksiyası keçirib.

İqtisad Universitetin rəhbərliyinə etiraz edən tələbələrin əsas tələbi semestr imtahanlarının keçirilməsi qaydalarında düzəliş edilməsi, tələbələrin tam şəkildə test sualları və cavabları ilə təmin edilməsi, etiraz etdikləri üçün töhmət alan tələbələrin töhmətlərinin silinməsi, təhdid edilən tələbələrdən üzr istənilməsi və tələbələrin imtahan nəticələrinin ədalətli qiymətləndirilməsi üçün apellyasiya komissiyalarının şəffaf fəaliyyət göstərməsi olub. 

Aksiyada TGM sədri Ə. Məmmədli, habelə idarə heyəti üzvləri Rəvan Axundov, Fərid Cabbar, Tükəzban Qasımova və “Tələbə Tələbi” platformasının təsisçisi Rüstəm İsmayılbəyli polis tərəfindən saxlanılmışdı. Ə. Məmməli Bakı şəhər Baş Polis İdarəsinə, digər fəallar isə Səbayıl rayon 9-cu polis bölməsinə aprılmışdılar. Digər fəallar polis bölməsindən buraxılsalar da, Ə.Məmmədli metronun “Xalqlar Dostluğu” stansiyası ətrafındakı çöllük ərazidə sərbəst buraxılmışdı. O, “Toplum TV”-yə açıqlamasında bildirmişdi ki, idarəyə aparılarkən fiziki zorakılığa, idarədə isə psixoloji təzyiqə məruz qalıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İttifaq: “Yenilənmiş siyasi məhbus siyahısında 322 nəfərin adı var”

6 Oktyabr 2026

sosial media

Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq oktyabr ayı üçün Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərin siyahısını yeniləyib.  Yenilənmiş siyahıda 322 nəfərin adı var. Bu, ən son mayda yenilənən siyahıdan 6 nəfər azdır.  Hesabata əsasən, son dörd ayda siyahıdakı 28 nəfərin həbs müddəti başa çatıb və azadlığa çıxıb. Onların arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayev, işçi hüquqları fəalları Elvin Mustafayev və Ayxan İsrafilov, satirik şair İbrahim Xudayi və 19 inanclı fəal var. Lakin eyni dövrdə müxalifət və vətəndaş cəmiyyətinə mənsub bir sıra şəxslər və inanclı fəallar məhkum edilib. Siyahıda yer alan məhbuslar 12 qrup üzrə qruplaşdırılıb.   Siyahıya görə,...
Siyasət

“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar

6 Oktyabr 2026

Toplum TV

Oktyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən iclasın əvvəlində təqsirləndirilən şəxslərlə hakim arasında mübahisə yaranıb. Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev Z. Əhmədovun danışıq tərzinə və məhkəmə zalındakı mikrofonların işləməməsinə etiraz edib. “Siz burada özünüzü hakim kimi aparmırsınız, küçə uşağı kimi aparırsınız. Heç kimə danışmağa imkan vermirsiniz, hamının sözünü kəsir, təhqir edirsiniz”, - Ramil Babayev deyib. Buna cavab olaraq hakim R. Babayevin məhkəmə zalından çıxarılmasına göstəriş verib. IDI əməkdaşları Əli Zeynal və İlkin Əmrahov da etiraz olaraq zalı tərk ediblər. Daha sonra müdafiə tərəfi hakimin davranışı, təqsirləndirilən...

Seçilmiş Videolar

Toplum TV loqo