Siyasət

İlham Əliyev Vladimir Putinlə görüşəcək

15 Sentyabr, 2022
1898

Açıq mənbələrdən götürülüb

Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dövlət başçılarının Zirvə görüşündə iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfərə gedib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. 

Səfərin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə baş tutduğu bildirilir. 

https://toplum.tv/siyaset/bmt-tehlukesizlik-surasi-azerbaycan-ve-ermenistana-muraciet-edib

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə jurnalistlərə açıqlamasında bildirib ki, Səmərqəndə Rusiya və Azərbaycan prezidentlərinin görüşü nəzərdə tutulub və görüşdə Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələr müzakirə olunacaq. 

Daha əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanın ŞƏT sammitində iştirak edəcəyi bildirilsə də, bu xəbər sonradan təsdiqini tapmayıb. 

Ermənistan hökumətinin mətbuat xidməti Paşinyanın Səmərqəndə getməyəcəyini açıqlayıb. 


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"

15 Sentyabr 2025
Sentyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən III Respublika Platformasının üzvü Ruslan İzzətli çıxış edib.  15 sentyabrın Bilik Günü olaraq qeyd edilməsinə istinad edən R.İzzətli ittihamlarla üzləşmələrinin və ümumilikdə "Azərbaycandakı ədalətsizliyin təhsilsizliyin nəticəsi" olduğunu vurğulayıb.  "Femida Azərbaycandakı məhkəmələri görsə, göz yaşı tökər. Nəinki müdafiəçilərimiz, heç hakimlər də bizim aqibətimizin nə olacağını bilmir. Hamısı Prezident Administrasiyasından gələcək qərarı gözləyir", - o deyib.  R.İzzətli həbs olunan şəxslərin hökumətlə şəxsi ədavəti olmadığını, sadəcə cəmiyyət üçün çalışdıqlarını deyərək ictimaiyyətə dəstək üçün müraciət edib.  "Əlində smartfon olan hər...
Siyasət

Tramp Rusiyanı "təcavüzkar" adlandırıb

15 Sentyabr 2025

Foto: Getty Images

ABŞ prezidenti Donald Tramp ilk dəfə olaraq Rusiyanı Ukrayna ilə müharibədə "təcavüzkar" adlandırıb.  Sentyabrın 14-də jurnalistlərin suallarına cavab verən Tramp Ukrayna və Rusiyanın itkilərinə toxunaraq deyib:  “Bu həftə hər iki tərəfdən 8 min əsgər həlak olub. Rusiyadan bir az çox adam həlak olub, amma sən təcavüzkar olanda daha çox itki verirsən.” Tramp bundan əvvəl işğala görə Moskvanı qınamaqdan imtina edib. Onun administrasiyası fevral ayında BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Rusiyanı qınayan qətnaməyə qarşı çıxış edib. ABŞ, həmçinin, fevralda "Böyük Yeddilik" ölkələrinin Rusiyanı "təcavüzkar" adlandıran bəyanatına etiraz edib. Tramp apreldə verdiyi açıqlamada müharibəyə görə Ukraynanı günahlandırmışdı.  “Özündən 20 dəfə böyük...

Seçilmiş Videolar

Toplum TV loqo