Siyasət

“Mehdinin Nökərləri Birliyi” Azərbaycan səfirliyinə hücumun səbəbini açıqladı

7 Avqust, 2022
2365

Açıq mənbələrdən götürülüb

Avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə hücum təşkil edən “Mehdinin Nökərləri Birliyi” (MNB) aksiyanın səbəblərini açıqlayıb.

Bu barədə avqustun 7-də təşkilat press-reliz yayıb. 

Radikal şiə təşkilatı hücumun “Azərbaycan Prezidenti İlham Əliyev və onun hökumətinə qarşı həyata keçirildiyini” bildirib. 

“Mehdinin Nökərləri Birliyi” iddia edir ki, 
Azərbaycan hakimiyyəti əhalinin təqib edilməsinə, dindarların azadlıqlarının və şəxsi həyatının pozulmasına görə məsuliyyət daşıyır.

https://toplum.tv/siyaset/xin-azerbaycanin-londondaki-sefirliyine-hucumla-bagli-melumat-yaydi

“Son günlərdə müqəddəs şəxsiyyət və azadlıq simvolu İmam Hüseynin adını yazdığına görə təhqir və təqiblərə məruz qalan bir qadının  təqibi son damla oldu. “Mehdinin Nökərləri Birliyi” dünya ictimaiyyətindən şiə xalqlarının müdafiəsi üçün təcili tədbirlər görməyi və onların fundamental dini etiqad azadlığının təmin edilməsini tələb edir", - deyə press-relizdə qeyd olunub.

Rəhbəri Yasir Əl Həbib olan MNB Londonda yerləşən təşkilatdır və internet səhifəsində elan edir ki, məqsədi sivilizasiya üzərində hökmranlığı təmin etməkdir. Təşkilat həm də İran hökumətini tənqid edir. Təşkilatın hazırladığı "Cənnətin Xanımı" filmi bu ilin əvvəlində Londonda sünni müsəlmanların etirazlarına səbəb olduğu üçün kinoteatrlarda yayımdan çıxarılmışdı.

Bu təşkilat 2010-da xeyriyyə təşkilatı olaraq qeydiyyatdan keçib. 2012-ci ildə özünü ləğv edəndən sonra adından istifadə edərək insanlardan pul yığırmış. Üstəlik, 3 maliyyə hesabatını da 25 min funt-sterlinq gəlir, 25 min funt sterlinq xərcləmə olaraq təqdim edib. Sonra rəsmi qurumlar araşdırma başladıb, onun xeyriyyə təşkilatı statusunu ləğv ediblər.

https://toplum.tv/siyaset/londondaki-azerbaycan-sefirliyine-hucum-edenler-kimlerdir

Təşkilatın Azərbaycan səfirliyinə təşkil etdiyi hücumla bağlı Azərbaycan Baş Prokurorluğunda cinayət işi başladılıb. Rəsmi Bakı həmçinin Böyük Britaniya hökümətinə öz etirazını bildirib. 

Rəsmi səhifə

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Ailəsi: Ülvi Həsənli “karser”də huşunu itirəndən 5 gün sonra müayinə edilib

26 İyul 2025

Foto: VOA

"Abzas Media"nın həbsdə olan və aclıq aksiyası keçirən direktoru Ülvi Həsənlinin ürəyində problemlər olduğu bildirilir.  Bu barədə iyulun 26-da onun həyat yoldaşı Rübabə Quliyeva məlumat yayıb.  Bildirilir ki, iyulun 25-də zəng edən Həsənlinin səsi "çox zəif və halsız" gəlib.  "İyulun 21-də karserdə huşunu itirəndən 5 gün sonra həkim onu “müayinə” etməyə lütf edib. Qan təzyiqi 140/100 səviyyəsindədir, çəkisi 67 kiloqrama düşüb. Ülvi həkimə ürəyində problemlər olduğunu deyib. Həkim isə bildirib ki, burada kardioqramma etmək mümkün deyil, icazə yoxdur", - Quliyeva xəbər verib.  Həsənli iyulun 21-də huşunu itirdiyini nəzarətçiyə bildirsə də, buna heç kimin əhəmiyyət vermədiyini deyib.  O, həmçinin, isti havaya...
Siyasət

“Aİ Azərbaycanın geosiyasi əhəmiyyətini dəyərlərindən üstün tutur”

25 İyul 2025

Foto: Açıq mənbə

Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə gündəliyi yenidən başlama prosesindədir.  Bunu Azərbaycan prezidenti İlham Əliyev iyulun 19-da Şuşa Qlobal Media Forumunda deyib.  Əliyev bildirib ki, Aİ-nin icraçı qolu olan Avropa Komissiyası (AK) ilə “çətin anlar” olub, lakin Komissiyanın yeni rəhbərliyindən “müsbət mesajlar” alırlar. “Birmənalı olaraq, biz də müsbət cavab veririk”, - o qeyd edib.  Azərbaycanla Aİ arasında münasibətlər, iqtisadi əməkdaşlığı çıxmaq şərtilə, bu yaxınlaradək o qədər yaxşı olmayıb.  AK-nin keçmiş vitse-prezidenti Cozef Borel Azərbaycan hakimiyyətini müstəqil jurnalistlərin və vətəndaş cəmiyyəti üzvlərinin həbsinə görə bir neçə dəfə tənqid edib. Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra ötən il COP29 ərəfəsində Azərbaycana gəlişində ölkədə insan hüquqları məsələsini gündəmə...

Seçilmiş Videolar

Toplum TV loqo