Siyasət

Milli Məclis Elman Rüstəmov barədə qərar verdi

12 Aprel, 2022
1039

açıq mənbədən götürülüb

Elman Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) İdarə Heyətinin üzvlüyündən azad edildi.

APA məlumat verir ki, Milli Məclisin bu gün, aprelin 12-də keçirilən iclasında “Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, E.AMB-ninn İdarə hetyətinin üzvlüyündən azad olunmaqla həm də AMB-nin sədrliyindən də azad olunacaq.

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

E. Rüstəmov 1995-ci ildən (27 il) bu vəzifəni tuturdu.

Elman Rüstəmovun əvəzinə bu vəzifəyə Taleh Kazımovun təyin edilib.

Taleh Kazımov - açıq mənbədən götürülüb

Taleh Kazımovun AMB İdarə Heyətinin üzvü təyin edilməsi barədə təqdimat Azərbaycan Prezidenti tərəfindən göndərilib.

Taleh Kazımov buna qədər "PAŞA Bank"ın İdarə Heyətinin sədri, baş icraçı direktoru olub.


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycanın “arzuolunmaz” elan etdiyi türkiyəli İstanbulda saxlanılıb

27 Oktyabr 2026

sosial media

Azərbaycan məktəblərində şagird və müəllimlərə hicab qadağasını tənqid edən, “Köklü Değişim Medya”nın İstanbul təmsilçisi Muhammed Emin Yıldırım saxlanılıb. Bu barədə media qurumu oktyabrın 26-da “X” hesabında məlumat yayıb. Bildirilib ki, Yıldırım sosial şəbəkə paylaşımları əsas gətirilərək İstanbul Polis İdarəsi tərəfindən saxlanılıb. Saxlanılmaya səbəb göstərilən paylaşımlar və işin mahiyyəti barədə əlavə məlumat verilməyib.  Azərbaycanda son həftələr şagirdlərin və müəllimlərin hicabla məktəbə buraxılmaması müzakirə və etirazlara səbəb olub. Rəsmilər məktəblərdə vahid geyim qaydalarının tətbiq edildiyini və təhsil müəssisələrinin dünyəvi xarakter daşıdığını bildirirlər. Qadağaya etiraz edənlər isə bunu dini etiqad azadlığına və təhsil hüququna müdaxilə kimi qiymətləndirirlər. Bu məsələ Türkiyədə də tənqid olunub....
Siyasət

Dəyanət Çələbi aclıq aksiyasına başlayacağını deyir

26 Oktyabr 2026

sosial media

Həbsdə olan müəllim və hökumət tənqidçisi Dəyanət Çələbi oktyabrın 26-dan aclıq aksiyasına başlayacağını bildirib. “Azadlıq” qəzetinin məlumatına görə, o, bu addımı hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində yol verildiyini iddia etdiyi qanunsuzluqlara etiraz olaraq atır. Çələbi bildirib ki, müdafiə tərəfinin hüquqi əsaslandırmalarına baxmayaraq, vəsatətləri təmin olunmur və məhkəmə heç bir dəlil olmadan onun barəsində hökm çıxarmağa hazırlaşır. Dəyanət Çələbi məhkəmə proseslərinin birində ittihamları qəbul etmədiyini də bildirib: “Ümumiyyətlə, belə hadisə baş verməyib. Bu, mütəşəkkil şəkildə əvvəlcədən mənə qarşı qurulmuş işdir. Belə bir işi düzüb-qoşub məhkəməyə göndərmək tək məni şərləmək deyil, məhkəməyə, hakimlərə qarşı da hörmətsizlikdir”. Sosial şəbəkələrdə Azərbaycan...

Seçilmiş Videolar

Toplum TV loqo