Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
VOA
“Toplum TV”nin həbsdə olan jurnalisti, 13 il həbsi istənən Fərid İsmayılov Milli Mətbuat Günü ilə bağlı ictimaiyyətə məktub göndərib.
Məktubu olduğu kimi təqdim edirik.
“Artıq 4 ildir ki, Milli Mətbuat Günü ərəfəsində Şuşa Qlobal Media Forumu keçirilir. Tədbirin təşkilatçısı olan hökumətin adı isə beynəlxalq mediada mətbuat azadlığının pozulmasında hallanır.
Tədbir iştirakçılarının peşə etikasının səviyyəsini isə verdikləri suallardan görmək mümkündür. Peşə etikasına hörmət edən heç bir jurnalist bu hökumətin təşkil etdiyi media tədbirində iştirak etməz.
Forumu 2023-cü ildən bəri təşkil edən hökumət elə həmin ildən öz ölkəsində müstəqil medianın həbsinə start verib. Forumun məqsədi aydındır: həbsləri pərdələmək. Amma əbəsdir. Burkina-Faso mediasında Azərbaycanla bağlı yazılan məqalə heç kimə maraqlı deyil.
Tədbiri TV-də izləyərkən hökumətin “Gillette” reklamçılarının ümidinə, onlara möhtac qalmasına təəssüfləndim. Bu səbəbdən V Şuşa Qlobal Media Forumunun Azərbaycan həbsxanalarının birində keçirilməsini təklif edirəm. 30-a yaxın jurnalistin tezissiz sualları ilə rastlaşacaq hökumətin, pozitiv tərəfdən baxsaq, tədbir üçün xərcı çıxmayacaq. Yetər ki, cəsarətli olsunlar. Onsuz da bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər.
Yekunda bayram münasibətilə “Əkinçi” ideyalarına sadiq qalan və bu səbəbdən həbs olunan həmkarlarımı təbrik edirəm”.
"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Onlar öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
İyunun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror təqsirləndirilən şəxslərə uzunmüddətli həbslər istəyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Nurlan Libre: “Milli Mətbuat Gününü 'anti-milli' ünsürlər olaraq zindanda qeyd edirik”
Sosial media
Açıq mənbə
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
Bayırşəhərdə 133 yaşlı memarlıq abidəsi sökülür