Foto: Bloomberg
ABŞ-nin Terrorçuluqla Mübarizə Milli Mərkəzinin direktoru Co Kent ölkəsinin İrana qarşı hücumlarına etiraz olaraq istefa verib.
O, martın 17-də "X" səhifəsində paylaşdığı, ABŞ prezidenti Donald Trampa ünvanlanmış istefa ərizəsində "vicdanına sığmadığına görə" İrana hərbi müdaxiləni dəstəkləmədiyini yazıb.
“İran ölkəmiz üçün heç bir təcili təhlükə yaratmırdı və aydındır ki, biz bu müharibəni İsrailin və onun Amerikadakı güclü lobbisinin təzyiqi altında başladıq", - o qeyd edib.
Kent Trampın namizədlik kampaniyası dövründə xarici müdaxilələri dayandıracağı ilə bağlı vədlərini xatırladıb:
“Siz anlayırdınız ki, Yaxın Şərqdəki müharibələr bir tələ idi- vətənpərvərlərimizin həyatlarını əlimizdən aldı, ölkəmizin sərvətini və rifahını isə tükətdi".
Kent məktubunda Trampı İrana qarşı siyasətini yenidən nəzərdən keçirməyə və münaqişəni dayandırmağa çağırıb.
Ağ Evdə jurnalistin sualına cavab olaraq Kentin istefasına münasibət bildirən Tramp isə bundan təəssüflənmədiyini deyib.
"Yaxşı oğlana oxşayırdı. Amma məktubunu oxuyanda dedim ki, yaxşı ki gedib. İran təhlükə deyil? Hər bir ölkə İranın nə boyda təhlükə olduğunu anlayırdı. Bizə belə adamlar lazım deyil", - o qeyd edib.
Fevralın 28-dən bəri ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirir.
Tramp bunu İranın nüvə silahı əldə etməyə çox yaxın olması ilə əsaslandırır. İran isə iddianı rədd edir.
Tənqidçilər deyir ki, Tramp İsrail baş naziri Benyamin Netanyahunun təzyiqi ilə İrana hücum qərarı verib, əsl məqsəd isə rejimi devirmək və ölkənin neft yataqlarını ələ keçirməkdir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Bəxtiyar Hacıyev: “300-dən çox siyasi məhbus ‘sülh əsiri’ kimi qəbul edilməlidir”
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”