sosial media
İsveçrə Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın müsadirə edilmiş aktivlərindən daha 252,5 milyon dolları ölkəsinə qaytaracaq.
Bu barədə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, vəsait “Uzbekistan Vision 2030 Fund” trast fondu vasitəsilə ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə və insan kapitalının inkişafına yönəldiləcək. Maliyyə vəsaitinin əsasən təhsil və səhiyyə sahələrinə sərf olunacağı qeyd edilib.
İsveçrə ilə Özbəkistan arasında Kərimovanın müsadirə edilmiş aktivlərinin geri qaytarılması barədə saziş 2022-ci ilin avqustunda Bern şəhərində imzalanıb. Məlumata görə, İsveçrə banklarında ümumilikdə 840 milyon dollar dondurulmuşdu.
“Gazeta.uz”un yazdığına görə, tərəflər 2022-ci ildə təxminən 131 milyon dolların, 2025-ci ildə isə daha 182 milyon dollara yaxın vəsaitin qaytarılması barədə razılığa gəlib. Bununla da indiyədək geri qaytarılması nəzərdə tutulan vəsaitin ümumi məbləği təxminən 565,5 milyon dollara çatır.
Gülnarə Kərimova atasının hakimiyyəti dövründə Özbəkistan Xarici İşlər Nazirliyində çalışıb, 2008-2013-cü illərdə ölkəsinin BMT və Cenevrədəki digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi olub.
O, 2015-ci ildən etibarən maliyyə cinayətləri üzrə ittihamlarla müxtəlif müddətli cəzalara məhkum edilib.
İstintaqın versiyasına görə, Kərimova mobil rabitə lisenziyalarının verilməsi müqabilində əsasən xarici telekommunikasiya şirkətlərindən təxminən 1 milyard dollar rüşvət alıb.
Özbəkistan hakimiyyəti onun və yaxın çevrəsinin xaricdəki aktivlərinin ümumi dəyərini təxminən 1,4 milyard dollar qiymətləndirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial medya
Youtube/Ahmadi
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
Elnarə Qasımovanın yazısından: “Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir”
İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub