president.az
Naxçıvanda Vasif Talıbovun Ali Məclisin sədri olduğu dövrdə imzaladığı 40-dan çox fərman ləğv edilıb.
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədrinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bir sıra fərmanlarının ləğv edilməsi barədə MR-nin baş naziri Cabbar Musayev qərar imzalayıb.
APA-nın yaydığı məlumata görə, qərarla “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında”, “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikası Avtonəqliyyat Dövlət Konserninin yaradılması haqqında”, “Naxçıvan Beynəlxalq Hava Limanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” fərmanlar da daxil olmaqla, ümumilikdə 47 fərman ləğv edilib.
Naxçıvan MR Ali Məclisi sədrinin "Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin yaradılması haqqında" 2019-cu il 04 noyabr tarixli 411-05/S nömrəli sərəncamı və "Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 2019-cu il 08 noyabr tarixli 182-V FR nömrəli fərmanı da ləğv edilib.
Həmçinin, 8 fərmanın ayrı-ayrı müddəaları ləğv olunub.
Azərbaycanın tərkib hissəsi olan Naxçıvan MR 1924-cü ildə yaradılıb. Ölkənin əsas hissəsi ilə quru sərhədi olmayan muxtar respublika Türkiyə, Ermənistan və İranla həmsərhəddir.
1995-ci ilin dekabrından Naxçıvan MR Ali Məclisinə sədrlik edən Vasif Talıbov 2022-ci ildə istefaya göndərilib və bu hadisə bölgədə ciddi dəyişikliklərə yol açıb. Həmin il dekabrın 22-də prezident İlham Əliyev Naxçıvana özünün səlahiyyətli nümayəndəsini təyin edib. Ardınca muxtar respublikanın bir çox vəzifəli şəxsi mənimsəmə və digər ittihamlarla istintaqa cəlb olunub.
Naxçıvan MR-nin Bakıdakı Daimi Nümayəndəliyi noyabrın 5-də imzalanan qərarla ləğv olunub. Qərara əsasən, nümayəndəliyin ləğvi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan məsələlərin həlli üçün Naxçıvanın İqtisadiyyat Nazirliyi tərəfindən ləğvetmə komissiyası yaradılmalıdır.
1992-ci ildə yaradılan nümayəndəlik Naxçıvanın Ali Məclisi və digər dövlət qurumları ilə Bakı arasında operativ əlaqələrin təmin edilməsi məqsədi daşıyırdı. Qərarın ləğvin səbəbləri açıqlanmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosia media
Azərbaycan xaricdə sübutların toplanması haqqında Haaqa Konvensiyasına qoşulub
sosial media
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
Elnarə Qasımovanın yazısından: “Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir”
İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub