Manşet

Tramp: “Cənubi Qafqaz və dünya üçün tarixi gün olacaq”

8 Avqust, 2025
21

Foto: AP

ABŞ prezidenti Donald Tramp Ağ evdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı "tarixi" sülh sammitində qəbul etməyi səbirsizliklə gözlədiyini bildirib.

ABŞ prezidenti bu barədə “Truth” hesabında yazıb.

Tramp hər iki xalqın uzun illərdir ki, müharibə apardığını və bunun da minlərlə insanın ölümü ilə nəticələndiyini bildirib.

"Bir çox lider bu müharibəni dayandırmağa çalışıb, amma indiyədək buna nail olmayıblar. Bu isə "Trump" sayəsində mümkün oldu. Mənim Administrasiyam uzun müddətdir ki, hər iki tərəflə təmasdadır” - deyə Tramp qeyd edib.

O əlavə edib ki, Əliyevlə Paşinyan avqustun 8-də onunla birlikdə Ağ evdə rəsmi Sülh İmzalanma Mərasimində iştirak edəcək.

D,Tramp bildirib ki, Birləşmiş Ştatlar, həmçinin, iqtisadi imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq:

“İkitərəfli sazişlər iqtisadi imkanları birgə araşdırmağa və Cənubi Qafqaz regionunun tam potensialını ortaya çıxarmağa imkan verəcək. Ermənistan və Azərbaycanın böyük xalqları üçün düzgün olanı edən bu cəsarətli liderlərlə fəxr edirəm. Bu, Ermənistan, Azərbaycan, ABŞ və dünya üçün tarixi bir gün olacaq".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Rumıniya da Azərbaycan neftində çirklənmə aşkarlandığını bildirir

5 Avqust 2025

Foto: açıq mənbə

Rumıniyanın Energetika Nazirliyi Azərbaycandan yola salınmış neftin çirklənmiş olması ilə bağlı  fövqəladə vəziyyət elan edib.  Söhbət Azərbaycandan yüklənmiş 92 min ton xam neftdən gedir. Bu barədə Rumıniyanın Energetika Nazirliyi avqustun 4-də məlumat yayıb. “Azərbaycandan Türkiyə limanına yüklənmiş 92 min ton xam neft yükünün boşaldılması zamanı üzvi xloridlərlə çirklənmə aşkar edilib. Energetika Nazirliyi Avropa Komissiyasını xəbərdar edib və böhran səviyyəsində fövqəladə vəziyyət elan edib", - nazirlik bildirib. Məlumatda qeyd edilir ki, çirklənmiş neft Konstans limanı vasitəsilə “OMV Petrom”un Petrobras emalı zavoduna çatdırılmalı idi, lakin çirklənmə səbəbindən qəbul olunmayıb, bu isə ölkədə müvəqqəti xam neft çatışmazlığı yaradıb. İyulun sonunda “British Petroleum” (“BP”) şirkəti də Azərbaycan...
Manşet

Azərbaycan sabahdan Suriyaya qaz ixracına başlayır

1 Avqust 2025

Foto: president.az

Avqustun 2-də Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçərə Suriyaya ixracına başlanılacaq. APA-nın məlumatına görə, bu münasibətlə Türkiyənin Kilis şəhərində rəsmi tədbir keçiriləcək. Bu ilin iyul ayında Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycana rəsmi səfər edib.  Bundan əvvəl isə Antalya Diplomatiya Forumu çərçivəsində prezident İlham Əliyevlə görüş keçirilib. Görüşlər zamanı Azərbaycan tərəfi Suriyanın münaqişədən sonrakı dövrdə inkişafına və bərpa-quruculuq proseslərinə töhfə verməyə hazır olduğunu bəyan edib. Rəsmi məlumatlara görə, hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir.

Seçilmiş Videolar

Toplum TV loqo