Siyasət

İsrailin təhlükəsizlik kabineti Netanyahunun Qəzzanı işğal etmək planını təsdiqləyib

8 Avqust, 2025
27

Foto: AP

İsrailin təhlükəsizlik kabineti baş nazir Benyamin Netanyahunun Qəzza şəhərinin işğal planını təsdiqləyib. 

Bu qərar Qəzza zolağında humanitar vəziyyətin beynəlxalq aləmdə qınanması fonunda hərbi əməliyyatların genişləndirilməsi çərçivəsində qəbul olunub.

Baş nazirliyin yaydığı bəyanatda qərarın cümə günü İsraildə erkən saatlara qədər davam edən kabinet iclasından sonra qəbul edildiyi bildirilib.

"Təhlükəsizlik Kabineti baş nazirin HƏMAS-ın məğlubiyyətə uğradılması ilə bağlı təklifini təsdiqləyib. İsrail Müdafiə Qüvvələri döyüş bölgələrindən kənarda mülki əhaliyə humanitar yardım göstərilməsini təmin etməklə yanaşı, Qəzza şəhərinin ələ keçirilməsinə hazırlaşacaq”,- bəyanatda deyilir. 

Bəyanatda o da qeyd olunub ki, HƏMAS ilə müharibəyə son qoymaq üçün “İsrailin Qəzza zolağında təhlükəsizlik nəzarəti” daxil olmaqla beş prinsip qəbul edilib.

Digər prinsiplər bunlardır:

- HƏMAS-ın zərərsizləşdirilməs
- Bütün girovların, o cümlədən ölənlərin cəsədlərinin qaytarılması
- Qəzza zolağının silahsızlıaşdırılması;
- Nə HƏMAS, nə də Fələstin Muxtariyyəti olan alternativ mülki administrasiyanın yaradılması

Kabinetin iclasından əvvəl Netanyahu “Fox News”-a İsrailin bütün Qəzzanı nəzarətə götürmək niyyətində olduğunu, lakin onu saxlamaq və ya idarə etmək istəmədiyini deyib.

Netanyahu bildirib ki, o, İsrailin bütün Qəzzanı işğal etmək istəməsini ABŞ prezidenti Donald Trampla müzakirə etməyib.

Trampın Qəzzanı işğal etmək üçün ona yaşıl işıq yandırıb-yandırmadığı sualını Netanyahu belə cavablandırıb: “Tramp başa düşür ki, döyüşü İsrail əsgərləri edəcək, Amerika əsgərləri deyil”.

HƏMAS Netanyahunun açıqlamalarına cavab olaraq bildirib ki, bu, danışıqlar prosesindən açıq geri dönüşdür və “onun şəxsi maraqları, radikal ideoloji gündəmi naminə əsirləri qurban vermək istədiyini göstərir”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Almaniya İsrailə hərbi texnika ixracını dayandırıb

8 Avqust 2025

Foto: Getty Images

Almaniya Kansleri Fridrix Merts İsrailin hərbi əməliyyatları genişləndirmək planına cavab olaraq bildirib ki, ölkəsi Qəzza zolağında istifadə oluna biləcək hərbi texnika ixracını dayandırır. Avqustun 8-də İsrailin təhlükəsizlik kabineti beynəlxalq tənqidlər fonunda hərbi əməliyyatları genişləndirən və olan Qəzza şəhərinə nəzarəti ələ keçirmək planını təsdiqləyib. Merts bildirib ki, HƏMAS-ı tərksilah etmək və israilli girovların azad edilməsini tələb etmək İsrailin haqqıdır. “Almaniya hökuməti hesab edir ki, İsrailin ötən gecə Qəzza zolağında daha sərt hərbi əməliyyatlar aparmaq barədə verdiyi qərar bu hədəflərə necə nail olunacağını görməyi getdikcə çətinləşdirir” – Merts bildirib. Kansler qeyd edib ki, bu şərtlər altında Almaniya hökuməti Qəzza zolağında istifadə oluna...
Siyasət

Kadırovun anası Rusiyanın işğal etdiyi Xersonda “xidmətlərinə görə” təltif edilib

7 Avqust 2025

Foto: sosial media

Çeçenistan rəhbəri Ramzan Kadırovun anası Aymani Kadırova Rusiyanın işğal etdiyi Xerson vilayəti tərəfindən “döyüş yoldaşlığının möhkəmləndirilməsi və xüsusi hərbi əməliyyat zamanı tapşırıqların yerinə yetirilməsinə göstərdiyi köməyə görə” təltif olunub. Kadırovaya mükafatı bölgədə Rusiya tərəfindən qurulmuş işğal administrasiyasının rəhbəri, keçmiş ukraynalı siyasətçi Vladimir Saldo tərəfindən verilib. Mükafat barədə məlumatı Çeçenistan hökumətinin rəhbəri Maqomed Daudov yayıb. Onun sözlərinə görə, ordenin təqdimat mərasimi 4 avqust tarixində, Aymani Kadırovanın 72 yaşı tamam olduğu gün Qroznı şəhərində baş tutub. Xersonun işğal olunmuş ərazilərindəki Rusiya rəsmiləri bu qərarın detalları ilə bağlı heç bir əlavə açıqlama verməyib. Aymani Kadırovanın bu proseslərdə konkret olaraq nə ilə məşğul olduğu,...

Seçilmiş Videolar

Toplum TV loqo