Hüseyn Abdullayev Azərbaycana qarşı Avropa Məhkəməsinə göndərdiyi şikayəti geri götürüb
sosial media
Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev və anası Zeynəb Abdullayeva Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) təqdim etdikləri şikayətləri geri götürüblər. Məhkəmə noyabrın 12-də onların ərizələrinin baxılan işlər siyahısından çıxarılması barədə qərar yayıb.
“Azadlıq Radiosu”nun məlumatına görə, şikayət Hüseyn Abdullayevin 2018-ci ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi, burada 6 il həbs cəzası alması və anası ilə birlikdə mühakimə olunması ilə bağlı idi.
İş üzrə AİHM-də 2024-cü ildə kommunikasiya mərhələsi başlanmış, Azərbaycan hökumətinə suallar göndərilmişdi.
Ərizədə qeyd olunurdu ki, Hüseyn Abdullayev 2013-cü ildə Almaniyaya köçüb, orada Azərbaycan hakimiyyətini tənqid edən “Susma” mahnısını yazaraq klip çəkdirib. Bundan sonra onun İnterpol vasitəsilə beynəlxalq axtarışa verildiyi bildirilirdi. Abdullayev Almaniyadan siyasi sığınacaq alıb, 2014-cü ildə isə barəsindəki axtarış qərarı ləğv olunub.
Keçmiş deputat 2018-ci ildə İstanbulda istirahətdə olarkən saxlanılıb və məhkəmə qərarı olmadan Azərbaycana gətirildiyini bildirib. Ona qarşı dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb.
Zeynəb Abdullayeva isə bacısına məxsus pasportla sərhədi keçməyə cəhddə ittiham olunub. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Hüseyn Abdullayev 6 il azadlıqdan məhrum edilib, anasına isə 4 min manat cərimə kəsilib. Onların əmlaklarının bir hissəsi müsadirə olunub.
Ana və oğul ittihamları qəbul etməyib. Hüseyn Abdullayev həbsinin siyasi sifariş olduğunu deyib. Vəkili Cavad Cavadov da sabiq deputatın səhhətinin ağır olduğunu dəfələrlə açıqlayıb.
Hüseyn Abdullayev 2005-2007-ci illərdə Milli Məclisin deputatı olub. O, 2018-ci ilin aprelindən həbsdədir. 2024-cü ilin martında, əvvəlki cəzasının bitməsinə 40 gün qalmış, onun barəsində yenidən cinayət işi açılıb və pul vəsaitlərinin leqallaşdırılması ittihamı ilə 9 il həbs cəzası verilib. Abdullayev bu ittihamı da qəbul etmir.
2020-ci ildə BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupu Hüseyn Abdullayevlə bağlı həm Türkiyənin, həm də Azərbaycanın bir sıra beynəlxalq hüquq normalarını pozduğunu bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: şəxsi arxiv
Tofiq Yaqublu saxlanma şəraitindən narazıdır: “Xeyli məhbus çarpayı çatışmazlığına görə yerdə yatır”
sosial media
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib