Foto: şəxsi arxiv
Məktəblərdə hicab məhdudiyyətlərinə etiraz olaraq aclıq aksiyasına başlayan inanclı məhbus Elman Şeydayevdən 20 gündən çoxdur xəbər alınmadığı deyilir.
Yaxınlarının “Meydan TV”yə verdiyi məlumata görə, Şeydayev oktyabrın 16-dan aclıq edir. O, 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılarkən cəza kamerasına (“kars”) yerləşdirilib. Bundan sonra ailəsi onunla əlaqə saxlaya bilməyib.
Yaxınları digər məhbusların ailə üzvlərindən aldıqları məlumata əsasən, Elman Şeydayevin 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyünü bildirirlər. Ancaq onun hazırda harada və hansı şəraitdə saxlanıldığı, eləcə də səhhətinin necə olduğu barədə ailəsinə rəsmi məlumat verilməyib.
Elman Şeydayev 2022-ci ilin fevralında saxlanılıb və həmin ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.3.4-cü maddəsi (külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi) üzrə 7 il müddətinə azadlıqdan məhrum edilib.
E. Şeydayev ittihamları qəbul etmir və həbsinin fəaliyyətinə, eləcə də ilahiyyatçı Sərdar Hacıhəsənli ilə bağlı ifadə verməkdən imtina etməsinə görə olduğunu bildirir.
Hicabla bağlı narazılıqlar Nazirlər Kabinetinin sentyabrın 21-də məktəbli geyim qaydalarına etdiyi dəyişikliklərdən sonra gündəmə gəlib. Yeni tələblərə əsasən, məktəbli formasının vahidliyini pozan və dünyəvilik prinsipinə uyğun hesab edilməyən geyim elementlərindən istifadəyə icazə verilmir.
Oktyabrın 6-da müəllimlərin geyim qaydaları ilə bağlı da oxşar tələblər təsdiqlənib. Qərarlarda hicabın adı konkret göstərilməsə də, bu dəyişikliklər hicablı şagird və müəllimlərin məktəblərə buraxılmaması ilə bağlı etirazlara yol açıb.
Oktyabrın 9-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi təhsil müəssisələrində geyim qaydalarına nəzarətin gücləndiriləcəyini açıqlayıb. Lakin idarə hicablı şagirdlərin dərslərə buraxılmaması ilə bağlı şikayətlərə münasibət bildirməyib.
Hicab məhdudiyyətlərinə etiraz olaraq həbsdə olan bir qrup inanclı məhbus da aclıq aksiyasına qoşulub. Aclıq edən məhbuslara qarşı təzyiq və zorakılıq göstərilməsi ilə bağlı da mediada məlumatlar yayılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Hüseyn Abdullayev Azərbaycana qarşı Avropa Məhkəməsinə göndərdiyi şikayəti geri götürüb
sosial media
Tofiq Yaqublu saxlanma şəraitindən narazıdır: “Xeyli məhbus çarpayı çatışmazlığına görə yerdə yatır”
sosial media
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib