Foto:RFE/RL
Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov artıq ikinci ildir doğum gününü həbsdə qeyd edir.
O, 2024-cü il martın 6-da polisin III Respublika Platformasının Bakıdakı ofisində keçirdiyi reyd zamanı həbs olunub.
Ona qarşı irəli sürülən ittihamlar arasında valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və çirkli pulların yuyulması kimi ciddi maliyyə cinayətləri yer alır.
A.Qurbanov bu ittihamları rədd edir və həbsinin siyasi motivli olduğunu bildirir.
Onun hakimin verdiyi “özünüzü təqsirli bilirsinizmi?” sualına cavabını tamamlaması üçün 3 məhkəmə iclası lazım olub.
Qurbanov çıxışında İDİ-nin gəncləri hüquq və media sahəsində maarifləndirmək üçün yaradıldığını, buna görə özünün və ailə üzvlərinin təqiblərə məruz qaldığını deyib.
O, həmçinin, azadlıqda ikən Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) əməkdaşlıqla bağlı təklif aldığını, lakin rədd etdiyini bildirib:
“DTX ilə görüşdə İDİ-nin Prezident Administrasiyasında ciddi şəkildə izlənildiyi bildirildi. Mənə birgə fəaliyyət təklif olundu, lakin bu etik prinsiplərimizlə uyğun gəlmədiyi üçün qəti şəkildə rədd etdim. Mən görüş zamanı açıq şəkildə dedim ki, mən dövlətimi sevirəm, amma sizin təmsil etdiyiniz rejimlə dövlət arasında bərabərlik işarəsi qoya bilmərəm. Biz hüquq və institusiyalara əsaslanan dövlət anlayışını müdafiə edirik. Dövlət bir ailənin mülkiyyəti ola bilməz”.
Beynəlxalq insan hüquqları təşkilatları A.Qurbanovun və digər “Toplum”çuların dərhal azadlığa buraxılmasını tələb edərək, bu həbsləri Azərbaycanda müstəqil medianın susdurulmasına yönəlmiş kampaniyanın bir hissəsi kimi qiymətləndirirlər.
Akif Qurbanov kimdir?
Akif Qurbanov – 3 avqust 1981-ci ildə Gürcüstanda anadan olub. 1998-ci ildə Bakı şəhərində 289 saylı Zəngi liseyini bitirib.
1998-2004-cü illərdə ilk ali təhsilini Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində alıb.
2002-2005-ci illərdə Ümid Partiyasının Gənclərlə iş üzrə sədr müavini vəzifəsini tutub. 2005-2006-cı illərdə Ümid Partiyası Mərkəzi Seçki Qərargahının rəhbəri olub, 2006-2016-cı illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub.
2008-ci ildə Strasburqda Avropa Şurası yanında Siyasət Məktəbini bitirib.
2013-2016-cı illərdə Karazin adına Xarkov Milli Universitetinin hüquq fakültəsində ikinci ali təhsil alıb.
2013-cü ildən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəridir.
Həmin tarixdən 2024-cü ilin əvvəlinə qədər institut çərçivəsində liderlik, jurnalistika, hüquq, iqtisadiyyat kimi sahələrdə silsilə təlimləri həyata keçirməklə, yüzlərlə gəncin maariflənməsinə, ictimai proseslərə və vətəndaş cəmiyyətinə qoşulmasına töhfə verib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: AP
Ayvazovskinin heykəlinin sökülməsi Bakı-Moskva münasibətlərini yenidən gərginləşdirib
Foto: açıq mənbə
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?