Siyasət

Akif Qurbanov: “İlham Əliyev məhkəmənin əvəzinə hökmümüzü verib"

22 Aprel, 2025
476

Resplatforma

Demokratik Təşəbbüslər İnstitutunun direktoru və III Respublika Platformasının spikeri, “Toplum TV işi” üzrə həbsdə olan Akif Qurbanov ictimaiyyətə göndərdiyi mesajda ona qarşı olan ittihama cavab verib. 

Qurbanovun məktubu onun “Facebook” səhifəsində paylaşılıb. 

“İnsan ləyaqətinin üstünlüyü və insan haqları təminatı, Respublikaçı səlahiyyət bölgüsü, demokratik idarəçilik və yerli özünüidarə, iştirakçılıq, azad və ədalətli seçki, ədalət mühakiməsi və hüququn aliliyi, təşəbbüskarlıq, rəqabət, sərvət bərabərliyi, tənqid və alternativ fikir dəyərlərindən qaçaq düşən hakimiyyət bizi “qaçaqmalçılıqda” ittiham edir”, - o bildirib. 

Qurbanov qeyd edib ki, “Toplum TV işi” üzrə həbsdə olanlar məhz Prezident İlham Əliyevin göstərişi ilə həbs olunub. 

“Əliyev açıq şəkildə etiraf edir ki, onun üçün yerli qeyri-hökumət təşkilatları və müstəqil media cəzalandırılmalı müxalifətdir. Bu səbəbdən də o, bəribaşdan “təqsirsizlik prezumpsiyasını” tapdalayaraq “məhkəmə”nin də əvəzinə hökmümüzü verdi”, - deyir.

“Bunu vurğulamaq yerinə düşər ki, millətimiz də bilsin: Biz sizin kimi büdcəni talamamışıq, ofşorlarda milyonlar-milyardlar gizlətməmişik, ölkədən çemodanlarla xaricə pullar qaçırmamışıq. Bizə kimsə deyə bilməz ki, pulumu yemisiz, qaçırmısız, oğurlamısız. Hətta sizin təbirinizcə desək, bir əcnəbi belə deyə bilməz ki, onlardan pul almışıq və həmin puldan hansısa gizli işlər, şəxsi məqsədlər və s. istiqamətlər üçün istifadə etmişik. Amma sizin etdiklərinizi milyonlar bilib deyə bilməsə də, minlər deyir, yazır, göstərir, üzə çıxarır”,- Akif Qurbanov bildirir. 

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması“nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.

İyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib, redaksiyanın və əməkdaşların bütün avadanlıqları müsadirə olunub.

Hazırda “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov,  “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.

Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb. 

"Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

İş üzrə məhkəmənin ilk hazırlıq iclası aprelin əvvəlində baş tutub, proses aprelin 24-ə təxirə salınıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Qırğız şirkəti Azərbaycanı yarımçıq ödənişə görə məhkəməyə verib

13 Dekabr 2025

Foto: president.az

Qırğızıstanın "Meadi" tikinti şirkəti Azərbaycan Xarici İşlər Nazirliyini (XİN) məhkəməyə verib. "Azadlıq Radiosu"nun xəbərinə görə, buna səbəb Azərbaycanın sifarişi ilə Bişkekdə Heydər Əliyev adına məktəb və Qırğızıstan-Azərbaycan Dostluq Parkını inşa edən şirkətin ödənişini tam ala bilməməsi olub.  Şirkət məhkəməyə iddia ərizəsində Azərbaycanın bu ölkədəki səfirliyi ilə 2019-cu ildə məktəb və park inşası üçün müqavilə bağladığını göstərib. Şirkət təmsilçiləri iddia edir ki, Azərbaycan tərəfinin şirkətə 3 milyon 29 min 257 dollar borcu qalıb.  Müqavilədə isə ümumi layihə üçün 8 milyon 62 min dollar vəsait ayrılması nəzərdə tutulub. Maliyyələşmə Azərbaycan XİN-in Beynəlxalq İnkişafa Yardım İdarəsinə həvalə edilib.  2022-ci il oktyabrın 11-də Azərbaycan...
Siyasət

Hesabat: "Aİ Azərbaycanla dəyərlərə deyil, maraqlara əsaslanan münasibətə keçdi"

9 Dekabr 2025

Foto: açıq mənbə

"Azərbaycanda Repressiyaya Son Kampaniyası" Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı təqiblər fonunda Avropa İttifaqının (Aİ) son illərdə bu ölkə ilə münasibətləri haqda hesabat dərc edib.  Dekabrın 9-da dərc olunan hesabatda bildirilir ki, Aİ Azərbaycanla "dəyərlərə əsaslanan münasibətdən maraqlara əsaslanan münasibətə" keçid edib.  Hesabat müəllifləri qeyd edir ki, yeni münasibətlərdə enerji və geosiyasi maraqlara insan hüquqlarından daha çox əhəmiyyət verilir.  “Eyni zamanda, Azərbaycan möhkəmlənmiş avtoritar sistemi daha da gücləndirib, siyasi məhbusların sayı rekord həddə çatıb və müstəqil media demək olar ki, tamamilə məhv edilib. Azərbaycanın əsas ixrac bazarı və ən böyük investoru olmasına baxmayaraq, Aİ öz təsir imkanlarından istifadə etmir. Yüksək səviyyədə siyasi...

Seçilmiş Videolar

Toplum TV loqo