Siyasət

Avropa Məhkəməsi Fuad Əhmədliyə qarşı hüquq pozuntularını tanıyıb 

8 Oktyabr, 2026
42

Toplum TV

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hüquq müdafiəçisi, 2016-2020-cı illərdə həbsdə olmuş Fuad Əhmədlinin şikayətinə baxıb. 

Vəkil Fariz Namazlının yaydığı məlumata görə, məhkəmə hüquq müdafiəçisinə qarşı hüquq pozuntularını tanıyıb. 

F.Əhmədli AİHM-ə ərizəsində yerli məhkəmələrin onun barəsində seçdiyi həbs qətimkan tədbirinin zəruriliyini əsaslandıra bilmədiyini qeyd edib. AİHM də oxşar işlərə istinad edərək hüquq müdafiəçisinə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 5.3-cü maddəsinin (ağlabatan müddət ərzində məhkəmə araşdırmasının keçirilməsi və ya məhkəməyədək azadlığa buraxılması hüququ) pozuntusunu tanıyıb. 

F.Əhmədli həmçinin dövlət orqanlarının 2016-cı ilin avqustunda verdikləri bəyanatlar nəticəsində təqsirsizlik prezumpsiyası hüququnun pozuntusunun tanınmasını xahiş edib. Hökümət AİHM-ə göndərdiyi cavabda iddia edib ki, ərizəçi ölkədaxili müdafiə vasitələrini tükəndirmədiyinə görə onun bu barədə şikayəti qəbuledilməz elan edilməlidir. 

Məhkəmə isə yenə də oxşar işlərə istinad edərək qeyd edib ki, təqsirsizlik prezumpsiyası hüuqqunun pozuntusuna dair dövlət orqanlarının bəyanatları ilə bağlı ölkədə effektiv müdafiə vasitəsi mövcud deyil, buna görə də konvensiyanın 6.2-ci maddəsinin də pozuntusu baş verib. Bu maddəyə əsasən, cinayət törətməkdə ittiham olunan hər bir şəxs təqsiri sübuta yetirilənədək günahsız hesab olunur. 

Məhkəmə F.Əhmədli üçün mənəvi zərərə görə 3900, hüquqi xərclərə görə isə 500 avro təzminat təyin edib. 

Fuad Əhmədli 2016-cı ilin avqustunda saxlanılıb və Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. 2017-ci ilin iyulunda məhkəmənin hökmü ilə ona dörd il həbs cəzası verilib.

Həbsindən bir neçə gün sonra Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq iddia edib ki, Fuad Əhmədlinin evində aparılan axtarış zamanı orada Fetullah Gülenə aid materiallar aşkar edilib. 

F.Əhmədli isə ittihamları siyasi sifarişli hesab edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ramil Babayev sivil itaətsizliyə başlayıb

8 Oktyabr 2026

sosial media

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev sivil itaətsizliyə başladığını elan edib.  O, buna səbəb kimi avqust ayında ədliyyə naziri Fərid Əhmədova yazdığı açıq məktubdakı tələblərinin təmin olunmamasını göstərib.  “Toplum TV” R.Babayevin yeni müraciətini olduğu kimi təqdim edir: “Məhkəmədə niyə iştirak etmirəm?  Bu suala cavabım ilk ağla gələn cavabdır: Azərbaycanda məhkəmə mövcud olmadığı üçün. Əslində mücərrəd düşünmə vərdişi olan hər bir şəxs Azərbaycanın cari reallığından agahdır.  Magistratura təhsilim dövründə “Sosial siyasətin hüquqi əsasları” fənnini mənə çoxsaylı dərsliklərin müəllifi olan, ölkənin ən nüfuzlu hüquq professorlarından biri keçirdi. Qrup yalnız məndən təşkil olunmuşdu və mən dərsdə...
Siyasət

Hesabat: “Azərbaycanda insan hüquqlarının vəziyyəti pisləşməkdə davam edir”

8 Oktyabr 2026

sosial media

Müstəqil Hüquqşünaslar Şəbəkəsi (MHŞ) Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair yeni hesabatını yayımlayıb.  Bu ilin əvvəlindən sentyabrın 1-ə qədər olan dövrü əhatə edən hesabatda qanunvericiliyə edilən dəyişikliklər, həbs yerlərində tibbi xidmətə çıxış imkanları və “Toplum TV işi” üzrə məhkəmə prosesləri qiymətləndirilib.  MHŞ monitorinqə əsasən Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətinin pisləşməsi tendensiyasının davam etdiyini qeyd edib. Hesabatda yeni qanun dəyişikliklərinin insan hüquqlarına müdaxilə imkanlarını genişləndirdiyi, bu müdaxilələrə qarşı hüquqi müdafiənin isə səmərəsiz qaldığı göstərilib.  Hesabatda xatırladılır ki, iyulda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilmiş dəyişikliklərlə internet resurslarına məhkəmə qərarından əvvəl inzibati qaydada girişin məhdudlaşdırıla biləcəyi hallar dairəsi genişləndirilib.  Digər...

Seçilmiş Videolar

Toplum TV loqo