sosial media
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiya Ali Məclisinin katibi Məmməd İbrahim barəsində açılan cinayət işi məhkəməyə göndərilib.
“Qafqazinfo”nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin topladığı istintaq materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim olunub. İlk məhkəmə iclasının vaxtı hələ açıqlanmayıb.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə yekun ittiham irəli sürülüb. Bu maddə hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Əli Kərimli 2025-ci il noyabrın 29-dan həbsdədir. O, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş hərəkətlərdə ittiham olunur. AXCP sədri ittihamı rədd edir, həbsini siyasi sifarişli adlandırır.
Müdafiə tərəfi bildirir ki, həbsdə qaldığı müddətdə AXCP sədrinin ailəsi ilə telefon danışıqları və görüşləri məhdudlaşdırılıb. Onun səhhətində problem olan şəxslə eyni kamerada saxlanıldığı, idmana aparılmadığı, gəzinti saatının azaldıldığı və lazımi məlumat almasına məhdudiyyət qoyulduğu da vurğulanır.
Əli Kərimli və Məmməd İbrahim Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi ilə əlaqədar həbs olunublar. Hazırda Ramiz Mehdiyevin işi üzrə məhkəmə araşdırması davam edir, Əli Kərimli isə həmin iş üzrə şahid qismində tanınıb.
Hər iki şəxs ittihamları qəbul etmir və həbslərinin siyasi sifariş olduğunu bildirir. Əli Kərimli istintaqa ifadə vermədiyini də açıqlayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”