Siyasət

Azərbaycanlı QHT nümayəndələri və ekspertlər Ermənistana səfər ediblər

14 Fevral, 2026
361

Foto: Armenpress

Azərbaycandan olan qeyri-hökumət təşkilatları (QHT) nümayəndələri və ekspertlər Ermənistana səfər ediblər.

"Armenpress" və "Report"un xəbərinə görə, onlar erməni həmkarları ilə birgə "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində dəyirmi masa formatında iki gün davam edəcək tədbirdə iştirak edəcəklər.

Azərbaycan tərəfdən 19 nəfərin səfər etdiyi, Ermənistandan isə 20 nəfərin tədbirdə iştirak edəcəyi gözlənilir.

Bu şəxslər arasında eyni təşəbbüs çərçivəsində artıq baş tutmuş səfərlərdə iştirak edənlər, habelə yeni simalar da var.

Ötən ilin oktyabrında Azərbaycandan olan nümayəndə heyəti Yerevana, noyabrda isə erməni heyət Bakıya səfər edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar

6 Oktyabr 2026

Toplum TV

Oktyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən iclasın əvvəlində təqsirləndirilən şəxslərlə hakim arasında mübahisə yaranıb. Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev Z. Əhmədovun danışıq tərzinə və məhkəmə zalındakı mikrofonların işləməməsinə etiraz edib. “Siz burada özünüzü hakim kimi aparmırsınız, küçə uşağı kimi aparırsınız. Heç kimə danışmağa imkan vermirsiniz, hamının sözünü kəsir, təhqir edirsiniz”, - Ramil Babayev deyib. Buna cavab olaraq hakim R. Babayevin məhkəmə zalından çıxarılmasına göstəriş verib. IDI əməkdaşları Əli Zeynal və İlkin Əmrahov da etiraz olaraq zalı tərk ediblər. Daha sonra müdafiə tərəfi hakimin davranışı, təqsirləndirilən...
Siyasət

İlham Əliyev YAP-a müddət məhdudiyyəti olmadan rəhbərlik edəcək

5 Oktyabr 2026

president.az

Hakim Yeni Azərbaycan Partiyası (YAP) nizamnaməsində partiya sədrinin beş illik səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb. Dəyişiklikdən sonra prezident İlham Əliyevin YAP sədri kimi fəaliyyəti konkret müddətlə məhdudlaşdırılmayacaq. APA-nın məlumatına görə, bunu YAP-ın Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov oktyabrın 2-də keçirilən partiyanın VIII qurultayında nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Əvvəlki nizamnaməyə əsasən, YAP sədri beş il müddətinə seçilir və bu müddət başa çatdıqdan sonra qurultayda yenidən seçilməli idi. Nizami Səfərov bildirib ki, sədrin beşillik səlahiyyət müddətini nəzərdə tutan müddəa nizamnamədən çıxarılıb. “Prezident İlham Əliyevin müddətsiz mütəşəkkil qüvvə olan YAP-a rəhbərlik etməsi bizi yeni uğurlara və qələbələrə...

Seçilmiş Videolar

Toplum TV loqo