Foto: BBC
ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə zərbə endirmək ideyasına isti yanaşır və İranla İsrail arasında qızışan münaqişəyə diplomatik yolla son qoymaq fikrindən uzaqlaşır.
Bu barədə “CNN” telekanalı adını açıqlamadığı ABŞ rəsmilərinə istinadən xəbər yayıb.
Mənbələr bildirib ki, Tramp yalnız İran “ciddi güzəştlərə” gedəcəyi halda diplomatik həll yoluna qayıdacaq.
İyunun 17-də Kanadadakı “Böyük Yeddilik ölkələri”nin sammitindən yarımçıq qayıdan Tramp jurnalistlərə İranla danışıqlar aparmaq “həvəsində olmadığını” deyib. O əlavə edib ki, münaqişənin atəşkəs ilə deyil, “həqiqi sonluqla” həll olunmasını istəyir.
Tramp həmin gün “Truth Social” hesabında İran Ali lideri Ayətullah Əli Xameneinin harada “gizləndiyini dəqiq bildiklərini” yazıb.
“O, asan hədəfdir, lakin orada təhlükəsiz yerdədir – biz onu aradan götürmək (öldürmək!) niyyətində deyilik - ən azından hələlik. Amma biz mülki şəxslərə və ya Amerika əsgərlərinə raketlərin atılmasını istəmirik. Səbir kasamız dolmaq üzrədir. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!”, - o qeyd edib.
ABŞ Prezidenti digər bir paylaşımında ölkəsinin İranın hava məkanına “tamamilə” nəzarət etdiyini və İranın “qeyd-şərtsiz təslim olmasını” istədiyini bildirib.
O, daha öncə bir “Truth Social” postunda “hər kəsi Tehranı təxliyə etməyə” çağırmışdı.
Son bir neçə gün ərzində Yaxın Şərqə 30-dan çox ABŞ hava yanacaqdoldurma təyyarəsi göndərilib. “CNN”-ə danışan mənbələrin bildirdiyinə görə, hərbi rəsmilər Trampın ABŞ Hərbi Hava Qüvvələrinə İran üzərində hücumlar həyata keçirən İsrail qırıcılarına havada yanacaq doldurmaqda kömək etməsi barədə göstəriş verəcəyinə hazırlaşırlar.
İsrail Trampı İranın nüvə obyektlərini sıradan çıxarmaq kampaniyasında daha fəal iştirak etməyə çağırır. Ölkənin yüksək vəzifəli rəsmiləri bu əməliyyatın ABŞ silahları və təyyarələri olmadan mümkün olmayacağını bildiriblər.
İyunun 13-də İsrailin İran şəhərlərini atəşə tutması və İran hərbi liderlərini öldürməsi ilə başlayan qarşıdurma iyunun 17-ə keçən gecə də tərəflərin bir-birini raket atəşinə tutması ilə davam edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Foto: Sosial media
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Beynəlxalq təşkilatlar prokurorun “Abzas”çılara istədiyi cəzanı pisləyir
Fərid Mehralızadə: “365 gündür ki, ədalətin qətl edilməsinə şahidlik edirəm"