şəxsi arxivi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli və Ali Məclisinin katibi Məmməd İbrahimin ittiham olunduğu iş üzrə istintaq başa çatıb.
Bu barədə "Qafqazinfo"nun yaydığı xəbərə görə, istintaq orqanı yaxın günlərdə hazırladığı ittiham aktını Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərəcək.
Məlumata görə, Ə.Kərimli və M.İbrahimə qarşı
Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında isə işin hallarından asılı olaraq ömürlük həbs cəzası da nəzərdə tutulur.
Ə.Kərimli və M.İbrahim daha öncə ictimaiyyətə açıqlamalarında ittihamı rədd ediblər və siyasi sifarişlə həbs olunduqlarını bildiriblər. Ə.Kərimli ümumiyyətlə istintaqa ifadə vermədiyini qeyd edib.
Ə.Kərimli və M.İbrahim ötən il dekabrın 1-də məhkəmə qərarı ilə həbs olunublar. Onların əvvəlcə sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılan cinayət işi çərçivəsində həbs olunduğu deyilsə də, sonradan bu işlər bir-birindən ayırılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
şəxsi arxivi
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”